Java

Javada qurdugum projenin "KOD" hissesin gizletmek isteyirem amma bunu nece edileceyini bilmirem... *.jar fileni ise bir basqasina verende projeni Winrar ile Kodlarina baxa bilir ... Java projeleri ucun "installshield" var?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Ramin Orucov (2010-12-09 09:57:23)
Bəlkə siz jar faylının içərisinə java kod fayllarını da qoyursunuz? Zəhmət olmasa, jar faylını necə yaratdığınız yazın. Jar faylına ancaq .class fayllarını və proqram üçün lazımi resursları(şəkil, konfiqurasiya faylı və s.) qoymaq lazımdır. JAR-da olan Class faylı - java kodu deyil, amma onu decompile edib, ondan java kodu yaratmaq olar. Java class-larını obfuscate etmək olar, class faylı içərisində bütün adları dəyişir, hərf və rəqəmlərdən ibarət qısa adlar verir, proqram kodunu decompile etsən belə kodu oxuyub başa düşmək çətin olur. Amma bu da 100% qoruma deyil. Exe-ləri də decompile edib, onlardan kod yaradan proqramlar var. Bildiyim ən məşhur və open source obfuscator proqramı ProGuard-dır. http://proguard.sourceforge.net/ Bir də bu siyahıya baxmaq olar: http://java-source.net/open-source/obfuscators