Oracle barədə

Oracle'ın neçə dərəcəsi var? Kursdan sertifikat aldıqdan sonra dərəcə almaq üçün imtahana harada girmək olar?Azərbaycanda bu dərəcəni neçə nəfər alib? Cavablandırmağınızı xahiş edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Ramin Orucov (2011-02-21 11:10:10)
DBA və Developer üzrə OCA, OCP, OCM sertifikatlarından başqa bir də Expert sertifikatları var. Bu sertifikatların hər biri fərqli istiqamət üzrədir, ekspert səviyyəsində bilik və təcrübə tələb edir. Proqramçılar üçün Expert sertifikatları: 1.Oracle Database: SQL Certified Expert http://education.oracle.com/pls/web_prod-plq-dad/db_pages.getpage?page_id=189 2.Oracle Application Expresss Developer Certified Expert http://education.oracle.com/pls/web_prod-plq-dad/db_pages.getpage?page_id=376 DBA-lər üçün Expert sertifikatları: 1.Oracle Database 11g Performance Tuning Certified Expert http://education.oracle.com/pls/web_prod-plq-dad/db_pages.getpage?page_id=287 2.Oracle Database 10g: Managing Oracle on Linux Certified Expert http://education.oracle.com/pls/web_prod-plq-dad/db_pages.getpage?page_id=185 3.Oracle Database 10g: RAC Administrator Certified Expert http://education.oracle.com/pls/web_prod-plq-dad/db_pages.getpage?page_id=186

Ramin Orucov (2011-02-21 11:00:58)
Yuxarıda kiçik bir düzəliş olmalıdır. Developer əvəzinə səhvən DBA yazmışam. Aşağıdakı kimi olmalıdır: Proqramçılar üçün isə 2 səviyyədə sertifikat var: 1.Oracle Certified Associate Developer – başlanğıc səviyyə (OCA) 2.Oracle Certified Professional Developer – professional səviyyə (OCP)

Ramin Orucov (2010-12-28 14:19:40)
Buyurun, xoşdur.

vatsal (2010-12-14 15:58:51)
cavablar ucun tesekkurler.axtardigim cavablar idi.

Ramin Orucov (2010-12-12 17:29:25)
1Z0-007 və 1Z0-051 imtahanlarını test mərkəzinə getmədən internet üzərindən vermək olar.

Ramin Orucov (2010-12-12 17:23:11)
http://oracleazerbaycan.wordpress.com/ http://www.facebook.com/home.php?sk=group_114631615265582

Ramin Orucov (2010-12-12 17:13:53)
Oracle sertifikatları və imtahanları ilə bağlı daha ətraflı məlumatı bu saytdan əldə edə bilərsiniz: http://education.oracle.com/pls/web_prod-plq-dad/db_pages.getpage?page_id=143 İlk açılan səhifədə ölkə olaraq United States seçin, məlumatlar ingilis dilində olacaq.

Ramin Orucov (2010-12-12 16:44:18)
Oracle verilənlər bazası üzrə 2 əsas istiqamət var: 1.Administrator - DBA 2.Proqramçı Administratorlar üçün 3 səviyyədə sertifikat var: 1.Oracle Certified Associate DBA - başlanğıc səviyyə (OCA) 2.Oracle Certified Professional DBA - professional səviyyə (OCP) 3.Oracle Certified Master DBA - ekspert səviyyə (OCM) OCM DBA sertifikatına sahib dünyada az sayda professional var. Azərbaycanda isə 2 nəfərdə var, biri Oracle Azərbaycanda, digəri isə Azərcelldə işləyir. OCA və OCP DBA sertifikatı olan DBA-lər isə daha çoxdur. Oracle 10g/11g üzrə OCA DBA sertifikatı almaq üçün 2 imtahan vermək lazımdır: 1.SQL üzrə (1Z0-007, 1Z0-047, 1Z0-051 imtahanlarından biri) 2.DBA üzrə (Oracle 10g üçün 1Z0-042, Oracle 11g üçün 1Z0-052) Oracle 10g/11g üzrə OCP DBA sertifikatı almaq üçün kursa getmək və 1 imtahan vermək lazımdır: 1.Oracle tövsiyə etdiyi kurslardan biri 2.DBA üzrə (Oracle 10g üçün 1Z0-043, Oracle 11g üçün 1Z0-053) OCM DBA sertifikatı almaq isə test üsulu ilə deyil. Advanced Oracle kurslarına getmək lazımdır və bir xeyli iş təcrübəsi olmalıdır. OCM DBA imtahanı xaricdə ekspertlər tərəfindən götürülür, test ilə olmur. Hər iştirakçı üçün bir server verilir və orda problem olur, onları həll etmək lazımdır. İştirakçıların həll edə bildiyi məsələlərə görə də ekspertlər tərəfindən qiymətləndirilir. İmtahan çox çətindir. Proqramçılar üçün isə 2 səviyyədə sertifikat var: 1.Oracle Certified Associate DBA - başlanğıc səviyyə (OCA) 2.Oracle Certified Professional DBA - professional səviyyə (OCP) Oracle 9i/10g/11g üzrə OCA Developer sertifikatı almaq üçün 2 imtahan vermək lazımdır: 1.SQL üzrə (1Z0-007, 1Z0-047, 1Z0-051 imtahanlarından biri) 2.Developer üzrə (Oracle 9i/10g üçün 1Z0-147, Oracle 11g üçün 1Z0-144 imtahanı) Oracle 11g üzrə OCP Developer sertifikatı almaq üçün 1 imtahan vermək lazımdır, kursa getmək məcburiyyəti yoxdur: 1.Developer üzrə 1Z0-144 imtahanı Azərbaycanda Oracle imtahanlarına 4 test mərkəzində girə bilərsiniz: 1.Softline Azərbaycan http://www.softline.az 2.Caspel http://www.caspel.az 3.Dillər universiteti 4.AİC group http://www.educat.az Rəsmi Oracle test mərkəzlərinin siyahısını və əlaqə vasitələrini bu saytdan əldə edə bilərsiniz: http://www.pearsonvue.com/oracle/ Oracle imtahanına Softline şirkətində girməyi tövsiyə etmirəm, çünki sistemlərində problem var. Yayda orda imtahana girdiyim vaxt problemlərlə qarşılaşdım(növbəti sual yüklənmir, taymer yox çıxır, əlaqə kəsilir və s.), eşitdiyimə görə hələ də problemləri var. Dillər universitetində və ya Caspeldə imtahana girənlərdən problem olmadığını eşitmişəm. Beynəlxalq sertifikatlarla bağlı daha ətraflı məlumat üçün bu linkə baxın: http://raminorucov.wordpress.com/2010/03/14/seminar-materiallari/ Ümid edirəm ki, sualınıza ətraflı cavab vermiş oldum :)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Windows-da VirtualBox