Google ads

Men Google ads`den qeydiyyatdan keçirəm (əlbəttədəki türk və rus dillerinde) ama müəyyən vaxtan sonra cavab gəlir dil problemi var ona görə bəs başqa cür necə qeydiyyatdan keçmək olar?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Asad (2010-12-14 21:47:37)
ümümiyyətlə 200-300 günlük istifadəçi ilə pul qazanmaq olar?

admin (2010-12-14 20:49:41)
Azərbaycanca nəsə yaza bilərsiniz, amma səhifənin əsas dili azərbaycanca olmamalıdır, çünki bu adsense qaydalarına ziddir. Reklam hüququn rusdilli saytın hesabına əldə edib azərbaycandilli səhifəyə də qoyduqda Google bu qayda pozuntusundan adətən çox gec xəbər tutur,amma əvvəl axır xəbər tutur və ən əsası qaydalara riayət etmək lazımdır. :)

Asad (2010-12-14 19:10:35)
"dil problemi olmasin heç bir reklam görünən səhifədə" yeni nece azerbaycanca yazmayim saytda?

admin (2010-12-14 09:18:43)
Google Adsense bildiyiniz kimi Azərbaycan türkcəsini dəstəkləmir. Ona görə də haqlı olaraq Türkiyə türkcəsi və ya rusca səhifə qedyiyyatan keçirməyə cəhd edirsiniz. Heç bir problem olmamalıdır. Amma ola bilər ki sizin Adsense-e göndərdiyiniz kontentdə Azərbaycan dili var. Ən azı sayt daxili keçid linklərində. Bunu tam sığortalamaq üçün məsləhət görədim ki, narod.ru və ya bu kimi servis saytlarda rusdilli bir balaca sayt açın 3-4 səhifədən ibarət, normal naviqasiyalı, və şərti mətnlər qoyun ora. Daha sonra adsense-e o saytı göndərin. Təsdiq gələcək şübhə olmasın. Təsdiqdən sonra artıq reklam kodlarını istədiyiniz sayta qoya bilərsiniz. Amma yenə də çalışın ki reklamı qoyacağınız sayt Adsense şərtlərinə uyğun olsun, dil problemi olmasin heç bir reklam görünən səhifədə. Əks halda gec-tez hesabınız bloklanacaq.