Hostinqi hansı şirkətdən almaq məsləhətlidir ?

Hansı hostinq şirkətindən hostinq almağı məsləhət görərdiniz ? Bir çox xarici hostinq şirkətləri aylıq trafiki və disk sahəsini limitsiz verirlər. Bu limitsiz məsələsi həqiqətən belədir , yoxsa bir əmması var ? :) Əsasən site5.com, hostgator.com, 1gb.ru arasında seçimdə qalmışam. Daha çox hansını məsləhət görərdiniz ?

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Web Saytlar Yaradılması (2017-10-28 02:26:28)
Limitsiz Shared Hosting üçün Hostinq1 məsləhət görürəm. Ancaq limitsiz və shared bir-birinə əks sözlərdir. Əgər saytın bandwith normal saytdakı limiti aşarsa onlar özləri məsləhət görəcək ki, ya VPS, ya da Dedicated Server alasınız. Bir də Semi-Dedicated Server təklifləri də var. Yəni yarı yolda qalmazsınız, saytınıza uyğun bir sistemdən başqasına daşınmanı pulsuz edəcəklər. P.S.: bizdə hələki shared hostingin paketini dəyişmişik, ancaq daşınma problemimiz olmayıb. Başqa provayderdən bura daşınanda onlar özləri hamısını pulsuz etdilər.

butaweb (2012-07-28 10:26:28)
www.butaweb.com

Akifsult (2010-12-21 17:59:30)
Limitsiz trafiki verən milli provayderlər də var

Valeh Hajiyev (2010-12-16 23:13:25)
Ətraflı məlumata görə təşəkkürlər.

Elnino (2010-12-15 21:01:14)
infobox.ru - Bu şirkətin xostinq xidmətindən heç vaxt narazı qalmazsınız...

admin (2010-12-15 09:29:22)
Məncə də hostgator, olmasa da site5.com. Bu iki seçimin uğurludur, ama 1gb.ru məsləhətli deyil, 1gb.ru ancaq VPS(Virtual server) aldıqda əladır və məsləhətlidir. Adi shared hostinqdə isə 1gb.ru-nun həddən çox ağır şərtləri var(nə bilim chat olmaz, xidmət saytı olmaz, istifadəçili sayt olmaz və.s. kimi absurd şərtlər+cpanel-ə də malik deyil).

Xeyal Quliyev (2010-12-15 03:00:28)
İlk öncə gələcək saytınıza görə Sizi təbrik edirəm. Suala gəlincə məncə ən yaxşısı hostgatordu. Bu firma müştərilərə və öz işlərinə diqqətlə yanaşır. Yeganə çatışmayan cəhəti supportun ingilis dilli olmasıdır. Yox əgər ingilis diliniz babatdırsa super şirkətdir.