Flash .swf

Mən telefonlar üçün swf formatında flash lər yaratmaq istəyirəm.Bunun üçün Macromedia Flash programından başqa proqramla yaratmaq olar? Bir de hazır flashi necə redaktə etmək olar? əvvəlcədən təşəkkür edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

SPIDER_8584 (2010-12-24 19:25:39)
ətraflı məlumat üçün təşəkkürlər.

admin (2010-12-24 10:55:22)
1. Telefonlar üçün flash proqramını Macromedia Flash-da yaratmaq olar. File-New-da templates bölməsində hazır telefon ekranı ölçüləri də var işi bir az asanlaşdıra bilən. Ümumən SWF yaratmaq üçün digər tanınmış proqram Swish-dir. O Macromedia Flash-dan ümumi götürəndə zəif olsa da, 100lərlə hazır effektlərə malikdir, belə ki motion-ları siz özünüz fikirləşməkdənsə o proqramda olan hazır motionların kombinasıyasından nə istəsəniz qura bilərsiniz. 2. Hazır flash fayl əgər .fla tipidirsə təbii ki onu redaktə etmək olar Macromaedia Flash-da, siz yəqin SWF faylını nəzərdə tutursunuz. SWF faylından FLA faylını almaq üçün Decompiler proqramlar var, ən tanınmışı SWF Decompiler, internetdən pulsuzunu da tapmaq olar. Tam mükəmməl olmasa da əksər halllarda yararlı FLA faylı əldə etmək olur Decompiler ilə. Amma onu deyim ki internet saytlarda olan flash objectlər son illərdə müxtəlif hiylələrlə qorunur. Yəni əvvəllər istənilən saytdan hər hansı flash faylı götürüb decompile edib koduna və effektlərinə baxmaq asan idisə, indi bunun qabağı müxtəlif yollarla alınır. Əsas yüklənən faylda demək olar heç nə olmur, əsas işi görən faylların adı gizli olur və onlar əsas fayla LOAD MOVİE ilə çağırılır. Amma bu çağırılma da elə dolayı yollarla edilir ki, çox çətindir o faylların izinə düşüb hamısını tapmaq.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Flaş oyuna yüksək xallar (highscores, topscores) əlavə etmək

.swf oyun Proqram Kompuer ucun

SWF faylını editləmək

SWF formatdakı videonun sürətini nəcə qaldırmaq olar ?

avtomatik swf downloadı səbəbi nə ola bilər?

Swf oyununu endirmək olur?