Plastik Kart

Salam.Mən PayPal-da qeydiyyatdan keçmişəm.İndi Bank-a kod gedib 4 rəqəmli onu bankdan öyrənib aktiv etməliyəm Paypalda.Lakin 2 sualım var. 1)Bu zaman mənim kartımda olan bütün pullar PayPal hesabıma keçir? Yəni hesabım PayPal-a keçdiyinə görə bankomatdan pul çıxarda bilməyəcəm yoxsa pul kartda qalacaq hər dəfə nə qədər lazım olsa o qədər götürə bilərəm kartdan? 2)PayPal-da kartı aktiv etməkdən ötrü mütləqdirki, banka zəng edim kodu öyrənim? Yəni bunu hansısa saytdan online öyrənmək olmaz ? (Kartım AGBankdandır)

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Capitol (2010-12-24 18:38:25)
Yox, hətta sizden chixan 2$ kartiniza qaytarilir. Siz bankdan o kodu oyrenin, ve daxil edin. Paypal sadece emin olacaq bu kart heqiqeten sizindir, sonra ise paypal size sadece pullari odemeye komek edecek. Odeme vaxti kartdan pulu paypala, paypaldan ise odeyeceyiniz yere kochurur.

admin (2010-12-24 10:43:12)
Salam. 1. Xeyr, Paypal hesabınızdan pulları balansa keçirmir, o bir növ dayanacaq rolunu oynayır, siz yalnız Paypalla ödəmə edəndə o lazımı miqdarda pulu bank hesabınızdan sizin təsdiqinizlə çəkir. Paypalda adi vaxtda balansınız 0.00$ olur. Yalnız lazım olanda sizə lazım olan qədər pul çəkilir. Məsələn ebayda malı alanda paypal düyməsini basırsınız sayt paypala yönlənir, parolu yazıb login olursunuz ekrana çıxır ki sizin kartdan filan məbləği çəkəkmi?, siz də hə deyirsiniz əməliyyat bitir. 2. Zəng etmək mütləqdir, 2-3 dəqiqə vaxtınızı alacaq, sizə kodu deyəcəklər siz də saytda daxil edəcəksiniz. Bizdə bankların online xidmətləri sıfır həddindədir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Paypalda səhvimi necə düzəldə bilərəm?

Plastik (Debet) Bank Kartı

Adsense hesabını başkasının adına olan bank hesabına bağlamaq

Paypalda qeydiyyatda problem yaranıb.

Paypalla bağlı sualım var…

Ebayda mal satmaq