E-baydan sifariş (əsas problemlər)

1. E-baydan sifariş edərkən hansı adresə göndəriləcəyini necə seçə bilərəm?

2. Mən Qəbələdə yaşayıram. Buradakı adresimi yazsam məsləhətdir, yoxsa Bakıda yaşayan hərhansı bir tanışın?

3. Çatdırılmanı USPS ilə ediləcəyi yazılır. Bunu Fedex yada UPS ilə əvəz edə bilərəmmi?

4. Hərhansı bir məhsulu aldım. Ödəməni necə gün içində etməliyəm. Etməsəm nə baş verər? Yada məhsul alınmasından imtina mümkündürmü? (Qeyd: pulu ödənilməyib.)


Yadda saxlama
Kateqoriya: Elektron alış-veriş . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

(02:23, 09/01/2011 ) #1277

1) Ebay-dən sifariş edərəkən hansı adresə çatdırılmanı seçməyinizin bir neçə üsulu var. İlk öncə qeyd edim ki, burada əsas məqam satıcı ilə kontaktınızın olmasıdır və ona bu barədə məlumat versəniz o sizin istədiyiniz yerə göndərəcək sifarışı.

Bəzi satıcılar ancaq paypal adresinizə göndərir (only ships paypal confirmed address). Buna diqqət edin. Açdığınız payöalın adresi evinizlə eyni olsun. Əgər fərqli yerə sifariş veermək istəsəniz bu barədə satıcıya məlumat verin və ebay hesabınızdakı adressi dəyişin.

2) Düşünürəm ki, Azərbaycan Poçt sistemi son illərdə kifayət qədər peşəkarlaşıb. Regionların və ya Bakının sifariş üçün elə bpyük əhəmiyyəti yoxdur. Fərq yalnız çatdırlma müddətində olacaqdır ki, bu da maksimal 2-3 gün fərq edəcək.

3) Əgər satıcı öz göndəriş vasitəsini USPS və ya hər hansısa bir poçt şirkəti qeyd edibsə demək həmin poçt şirkəti ilə göndərəcək. USPS-dən fərqli olaraq DHL, UPS, FEDEX kimi şirkətlər daha bahalıdır. Satıcı bunu dəyişməyə razı olsa belə qiyməti artıracaq. Ancaq əksər hallarda dəyişmirlər (çünki ABŞ-dakı satıcılar özlərinə yaxın poçtu vasitə kimi seçirlər).

4) Ebay-dən məhsul aldığınız zaman (hər sayta görə dəyişir) ödəməni müəyyən edilmiş tarixə kimi etməlisiniz. Bu müddəti satıcı müəyyən edir (hətta dərhal ödəmə tələb edən satıcılar da var) və onun məlumatlarında buna baxa bilərsiniz. Bu adətən 7 gündən çox olmur.

Ödəməni etmədiyiniz təqdirdə cəzalandırılırsınız. Bu biraz qarışıq prosedurdur. İlk öncə satıcı sizə qarşı iş açır. Ebay sizi ödəməniz üçün xəbərdarlıq edir. Ebayon müəyyən etdiyi tarix ərzində ədəməsəniz cəza alırsınız. Əgər bu ilk dəfədirsə xəbərdarlıq kimi olur. İkinci dəfədirsə hesablnlz və paypal adressiniz ebay tərəfindən blok edilir (reytinqiniz çoxlarsa, 3-4 dəfə buna icazə verilir).

Qeyd edim ki, blok edilmiş paypal adressi ilə başqa ebay hesabından sifariş versəniz həmin adresiniz də bağlanılır. Bu səbəbdən buna diqqət edin və aldığınız malların dəyərini ödəyin.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (5 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (9 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (11 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (11 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (13 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (19 gün əvvəl)

E. Hacı cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (19 gün əvvəl)

Software Developer cavab verdi - Patreon , Ko-fi , Buy Me A Coffee , Kickstarter kimi saytlardan gələn pula görə vergi tutulur? (19 gün əvvəl)

E. Hacı cavab verdi - Riyazi proqramlar üçün proqram (20 gün əvvəl)

Software Developer cavab verdi - Kursda xaricdə təhsil imkanı nece yaranır? (20 gün əvvəl)

darkpixel cavab verdi - Patreon , Ko-fi , Buy Me A Coffee , Kickstarter kimi saytlardan gələn pula görə vergi tutulur? (20 gün əvvəl)

darkpixel cavab verdi - Patreon , Ko-fi , Buy Me A Coffee , Kickstarter kimi saytlardan gələn pula görə vergi tutulur? (20 gün əvvəl)

Software Developer cavab verdi - Patreon , Ko-fi , Buy Me A Coffee , Kickstarter kimi saytlardan gələn pula görə vergi tutulur? (20 gün əvvəl)

SN cavab verdi - Ucuza hesab satışı edən saytlar necə yaradılır? (21 gün əvvəl)

E. Hacı cavab verdi - Rəqəmsal Məhsulların Satışı üçün Ödəniş Sistemi Seçimi: Türk Bazarı Üçün Ən Uyğun Strateji Hansıdır? (24 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23282 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024