Ebay-dan malın çatdırılmaması

salam. Mən 7 dekabr tarixində ebaydan ümumi dəyəri 15.24 dollar olan gümüş klon sifariş etdim. bu günə kimi həmin mal gəlib çıxmıyıb. Bu vəziyyətdə mən nə etməliyəm

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

hasan15 (2011-01-01 15:47:08)
Mənim sifariş verdiyim malın dəyəri 9.99 dollar çatdırılma dəyəri isə 5.25 dollar idi. Bəli dediyiniz kimi hemin ikonka aktivdir və sifariş verdiyim günün sabahı mal Standard Int'l Shipping vasitəsi ilə esilvertrend şirkəti tərəfindən göndərilib. Sifariş verdiyim müddətdən 2 həftə sonra həmin şirkətə məktub göndərdim və bu cavabı aldım: We shipped on Dec 8th. They normally make it there within 2 weeks. But we have seen some shipments take as long as a month!?! We have no control once it leaves our warehouse. Some shipments are detained for customs or inspections. Please give it some more time. Please stay in touch and let us know if you get it or do not get it by next week.

admin (2011-01-01 13:42:19)
Salam. Won/Purchased bölümünə baxın görün SHİPPED ikonkası aktivdirmi, əgər aktivdirsə deməli yola salınıb. Free shipping-lə almısınız ya yol pulu vermisiniz az miqdarda? Free isə gecikmə hətta yolda itmə təbiidir. Pullu shippingdə isə uzağı 20 günə gəlməlidir. Siz Won/Purchased bölümündə malın önündə contact seller ilə satıcı ilə əlaqə saxlayın. O məcburdur sizə izah verə, mal gəlməsə də pulu qaytara, çünki siz şikayət etsəniz onun elektron mağazası bağlana bilər. Narahat olmayln hər bir halda ya pulu geri, ya da malı ala biləcəksiniz, sadəcə əvvəlcə sellerlə o izah verməsə ya pulu qaytarmasa ebay-a contact us ilə əlaqə saxlayıb pulu geri ala bilərsiz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

ebayda aksiyada qiymət qoydum onu almalıyam?

ainol novo məsləhətdirmi?

Ebay.com-dan orginal mal

Ən məsləhətli olan sayt(telefon alışı üçün)

Məhsul haqqında məlumat yoxdur

ebaya təsir – fors major hallar