Paypaldan Bank hesabina pul köçürmək olur?

bir daha SALAM Paypaldan Bank hesabina pul köçürmək olur?
Bank Respublikada hesabim ora pullari gondermek olur paypal hesabimdan?
olursa nece olur?


Yadda saxlama
Kateqoriya: Elektron alış-veriş . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

(23:59, 04/01/2011 ) #1237

Salam. Xeyr, bu Azərbaycanda mümkün deyil. Texniki baxımdan çox sadə bir şeydir və istənilən bankımız bunu edə bilər, sadəcə icazə yoxdur buna hansısa səbəblərdən. Odur ki Paypal-da olan pulunuzu ölkə ərazisindən kənarda çıxara bilərsiniz və ya xaricdəki hər hansı etibar etdiyiniz adamın paypalına köçürüb ondan digər pul göndərişləri ilə pulu qəbul edə bilərsiniz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(00:20, 05/01/2011 ) #1238

çox sağolun bes onda paypal hesabımdakı pula hardan məhsul alağımı məsləhət görürsüz?
yəni 100% çatdırılma olan bir sayt deye bilersiz?
ebay,amazon buralarda prablemler olur hemişə

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (09:30, 05/01/2011 ) #1240

    Çatdırılma ilə bağlı onu deyə bilərəm ki, ebay-a güvənmək olar, ebay protection xidməti var, məhsul sizə gəlməyincə məbləği bloklayır, satıcıya vermir bir növ, yalnız siz məhsulun çatması barədə xəbər verdikdən sonra pulu ona verir. Məsələn məndə indiyədək yalnız bir dəfə məhsul yolda itbat olmuşdu, ebayda case açdım, 1 həftə vaxt istədilər, 1 həftə sonra pulu hesabıma geri qaytardılar (burda da maraqlı bir məqamı qeyd edim ki əgər pul paypaldan geri-tranzaksiya ilə qayıdıbsa, bu zaman paypal pulu bank hesabına göndərə bilir, yəni bizim banklar paypaldan adi köçürməni qəbul etməsələr də, istisna kimi geri ödəmələri qəbul edirlər ). Odur ki ebay ilə hər hansı problem yoxdur. sadəcə PULSUZ ÇATDIRILMA təklif edən məhsullardan qaçmaq məsləhətdir, çünki pulsuz olanda həm gec gəlir, həm də yolda itmə ehtimalı olur. Pullu çatıdırılmalar da ebayda ucuz olur 1-10$ arası.
    Digər bir məsələ bizim gömrüklə bağlıdır, belə ki dəyəri 200 azn-dən yuxarı olan məhsulların gömrükdə ilişib qalması ehtimalı var, siz özünüz orda gedib rüsumu ödəyib malı götürürsünüz o halda, bundan qaçmaq üçün express poçtlardan istifadə etmək lazımdır, onlar gömrüklə məsələni özləri həll edirlər, həm də mal 3 günə gəlir+itbat ehtimalı demək olar yox. Mən bir dəfə 300+ azn dəyərində bir məhsulu DHL express ilə gətirtdim təxminən 40 azn-ə gətirdilər 3 günə.
    Ebayda hər hansı bahalı məhsulu orda göstərilən adi poçtla yox, express ilə gətirtmək istəsəz, contact seller ilə satıcı ilə əlaqə saxlayıb bunu onunla həll edə bilərsiniz, onun üçün heç bir fərqi yoxdur onsuz da.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:22, 05/01/2011 ) #1245

çox sağolun bir soz de soruşum http://az.strawberrynet.com yeni ölkəmiz daxilində buradan nəsə alanda evə gətirirlər bunun müqaavilində əlavə nəsə dəyər ödəmək lazımdı poçtaya?
men ideaalin magazalarindan soruşduğum duxu 45azn burda isə onu 36$ yerləşdiriblər yəni onu aldıqda mənim 36dollardan əlavə pulum çıxacaq?
yəni prablem olmaz ki eşitmişəm bizimkilər nəsə yaman atırlar xüsusilə də online bazarda ona görə sizdən dəqiqləşdirmək istəyirəm

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (10:38, 06/01/2011 ) #1250

    Çatdırılma xidməti olan istənilən sayt mütləq bu barədə saytda məlumat yazmalıdır. Məsələn shop.az yazıb: 20 azn-lik mala qədər 5 azn-ə gətiririk, 20+ olanda pulsuz.
    Strawberry saytı da yazıb ki pulsuz çatdırır. Əgər malın həcmi adı nazik məktub zərfi ölçüsündən çoxdursa hə poçt pul alacaq sizdən, amma cüzi, məsələn telefon qutusu boyda paketə 80 qəpik alır səhv etmirəmsə.
    Eləcə də İdeal-ın saytında da çatdırılmanın pulsuz olduğu yazılır. Bizimkilər atırlar deyəndə ki tutalım ki evinizə gələndə dedilər ki 10 azn verməlisiniz əlavı, verməyin, sizi məcbur edə bilməzlər ki, sənəd yox, hüquqi öhdəlik yox

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:10, 05/01/2011 ) #1247

Salam men ebaydan 500+$liq mal almaq isteyirem ama

(Shipping to: Worldwide
Excludes: Middle East, Anguilla, … , Azerbaijan Republic, Bhutan, Georgia, Uzbekistan
Change country:
This seller does not ship to Azerbaijan Republic.)

Indi o mal Azerbaycana getirilmir?
Birdeki hemin mali Azerbaycana $51.00 getiriler gomrukde (burda) elave pul alacaqlar?
bes eger DHL getizdirsem ne qeder ferq olur qiymetlerde?

ewelceden teshekkur edirem

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (10:42, 06/01/2011 ) #1251

    Bəli yazılandan görünür ki Azərbaycan Exclude zonadır o mal üçün, yəni bura gətirilmir. Siz contact seller ilə əlaqə saxlayın, fərdi olaraq bəlkə göndərə bildi Azərbaycana. Düzü hardan və nə gətirdiyinizi bilmirəm deyə dəqiq deyə bilmərəm, amma DHL ucuz xidmət deyil, ən azından əksər digərlərindən bahadır. Çatdırılma ilə problemi yoxdur, 3-4 günə mal əlinizdə olur, gömrük filan heç bir problem də olmur.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (1 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (10 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (14 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (16 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (16 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (18 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (24 gün əvvəl)

E. Hacı cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (24 gün əvvəl)

Software Developer cavab verdi - Patreon , Ko-fi , Buy Me A Coffee , Kickstarter kimi saytlardan gələn pula görə vergi tutulur? (24 gün əvvəl)

E. Hacı cavab verdi - Riyazi proqramlar üçün proqram (25 gün əvvəl)

Software Developer cavab verdi - Kursda xaricdə təhsil imkanı nece yaranır? (25 gün əvvəl)

darkpixel cavab verdi - Patreon , Ko-fi , Buy Me A Coffee , Kickstarter kimi saytlardan gələn pula görə vergi tutulur? (25 gün əvvəl)

darkpixel cavab verdi - Patreon , Ko-fi , Buy Me A Coffee , Kickstarter kimi saytlardan gələn pula görə vergi tutulur? (26 gün əvvəl)

Software Developer cavab verdi - Patreon , Ko-fi , Buy Me A Coffee , Kickstarter kimi saytlardan gələn pula görə vergi tutulur? (26 gün əvvəl)

SN cavab verdi - Ucuza hesab satışı edən saytlar necə yaradılır? (26 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23283 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024