Paypaldan Bank hesabina pul köçürmək olur?

bir daha SALAM Paypaldan Bank hesabina pul köçürmək olur? Bank Respublikada hesabim ora pullari gondermek olur paypal hesabimdan? olursa nece olur?

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

admin (2011-01-06 10:42:03)
Bəli yazılandan görünür ki Azərbaycan Exclude zonadır o mal üçün, yəni bura gətirilmir. Siz contact seller ilə əlaqə saxlayın, fərdi olaraq bəlkə göndərə bildi Azərbaycana. Düzü hardan və nə gətirdiyinizi bilmirəm deyə dəqiq deyə bilmərəm, amma DHL ucuz xidmət deyil, ən azından əksər digərlərindən bahadır. Çatdırılma ilə problemi yoxdur, 3-4 günə mal əlinizdə olur, gömrük filan heç bir problem də olmur.

admin (2011-01-06 10:38:34)
Çatdırılma xidməti olan istənilən sayt mütləq bu barədə saytda məlumat yazmalıdır. Məsələn shop.az yazıb: 20 azn-lik mala qədər 5 azn-ə gətiririk, 20+ olanda pulsuz. Strawberry saytı da yazıb ki pulsuz çatdırır. Əgər malın həcmi adı nazik məktub zərfi ölçüsündən çoxdursa hə poçt pul alacaq sizdən, amma cüzi, məsələn telefon qutusu boyda paketə 80 qəpik alır səhv etmirəmsə. Eləcə də İdeal-ın saytında da çatdırılmanın pulsuz olduğu yazılır. Bizimkilər atırlar deyəndə ki tutalım ki evinizə gələndə dedilər ki 10 azn verməlisiniz əlavı, verməyin, sizi məcbur edə bilməzlər ki, sənəd yox, hüquqi öhdəlik yox

Asad (2011-01-05 15:10:54)
Salam men ebaydan 500+$liq mal almaq isteyirem ama (Shipping to: Worldwide Excludes: Middle East, Anguilla, ... , Azerbaijan Republic, Bhutan, Georgia, Uzbekistan Change country: This seller does not ship to Azerbaijan Republic.) Indi o mal Azerbaycana getirilmir? Birdeki hemin mali Azerbaycana $51.00 getiriler gomrukde (burda) elave pul alacaqlar? bes eger DHL getizdirsem ne qeder ferq olur qiymetlerde? ewelceden teshekkur edirem

mais23 (2011-01-05 14:22:42)
çox sağolun bir soz de soruşum http://az.strawberrynet.com yeni ölkəmiz daxilində buradan nəsə alanda evə gətirirlər bunun müqaavilində əlavə nəsə dəyər ödəmək lazımdı poçtaya? men ideaalin magazalarindan soruşduğum duxu 45azn burda isə onu 36$ yerləşdiriblər yəni onu aldıqda mənim 36dollardan əlavə pulum çıxacaq? yəni prablem olmaz ki eşitmişəm bizimkilər nəsə yaman atırlar xüsusilə də online bazarda ona görə sizdən dəqiqləşdirmək istəyirəm

admin (2011-01-05 09:30:35)
Çatdırılma ilə bağlı onu deyə bilərəm ki, ebay-a güvənmək olar, ebay protection xidməti var, məhsul sizə gəlməyincə məbləği bloklayır, satıcıya vermir bir növ, yalnız siz məhsulun çatması barədə xəbər verdikdən sonra pulu ona verir. Məsələn məndə indiyədək yalnız bir dəfə məhsul yolda itbat olmuşdu, ebayda case açdım, 1 həftə vaxt istədilər, 1 həftə sonra pulu hesabıma geri qaytardılar (burda da maraqlı bir məqamı qeyd edim ki əgər pul paypaldan geri-tranzaksiya ilə qayıdıbsa, bu zaman paypal pulu bank hesabına göndərə bilir, yəni bizim banklar paypaldan adi köçürməni qəbul etməsələr də, istisna kimi geri ödəmələri qəbul edirlər ). Odur ki ebay ilə hər hansı problem yoxdur. sadəcə PULSUZ ÇATDIRILMA təklif edən məhsullardan qaçmaq məsləhətdir, çünki pulsuz olanda həm gec gəlir, həm də yolda itmə ehtimalı olur. Pullu çatıdırılmalar da ebayda ucuz olur 1-10$ arası. Digər bir məsələ bizim gömrüklə bağlıdır, belə ki dəyəri 200 azn-dən yuxarı olan məhsulların gömrükdə ilişib qalması ehtimalı var, siz özünüz orda gedib rüsumu ödəyib malı götürürsünüz o halda, bundan qaçmaq üçün express poçtlardan istifadə etmək lazımdır, onlar gömrüklə məsələni özləri həll edirlər, həm də mal 3 günə gəlir+itbat ehtimalı demək olar yox. Mən bir dəfə 300+ azn dəyərində bir məhsulu DHL express ilə gətirtdim təxminən 40 azn-ə gətirdilər 3 günə. Ebayda hər hansı bahalı məhsulu orda göstərilən adi poçtla yox, express ilə gətirtmək istəsəz, contact seller ilə satıcı ilə əlaqə saxlayıb bunu onunla həll edə bilərsiniz, onun üçün heç bir fərqi yoxdur onsuz da.

mais23 (2011-01-05 00:20:05)
çox sağolun bes onda paypal hesabımdakı pula hardan məhsul alağımı məsləhət görürsüz? yəni 100% çatdırılma olan bir sayt deye bilersiz? ebay,amazon buralarda prablemler olur hemişə

admin (2011-01-04 23:59:46)
Salam. Xeyr, bu Azərbaycanda mümkün deyil. Texniki baxımdan çox sadə bir şeydir və istənilən bankımız bunu edə bilər, sadəcə icazə yoxdur buna hansısa səbəblərdən. Odur ki Paypal-da olan pulunuzu ölkə ərazisindən kənarda çıxara bilərsiniz və ya xaricdəki hər hansı etibar etdiyiniz adamın paypalına köçürüb ondan digər pul göndərişləri ilə pulu qəbul edə bilərsiniz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Online aldığım kitablar gəlməyib.

Paypal və visa kart, çox önəmli

Paypalla bağlı sualım var…

paypal-dan məktub

Paypal nədir?

Paypal ilə ödəmə