Google Adsense-dən necə pul qazanmaq olar?

Salam. Google Adsense vasitəsilə necə pul qazanmaq olar? Hər Clikə Faiz? Bunu mən necə edə bilərəm? (sualı DreamerTural göndərib)

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

hasanli (2015-01-30 14:35:14)
bəs pulu necə götürürsüz?

Ilkin Alibeyli (2011-09-12 12:45:59)
Deməli bizim millət neyləyir))): Rus dilli və ya İngilis dilli sadə bir sayt yaradırıq (tez olması üçün hazır CMS dən istifadə etmək olar). Ona qeydiyyat keçiririk və sonra isə hər hansı bir azeri dilli saytda reklamlarımızı qoyuruq. Vəs salam :-). Qazanc isə kliklərin sayından, klik edənlər sayta daxil olanların neçə faizi təşkil etsə, o xüsüsi formula ilə göstərişlərə görə də pul ödəyir. Mən saytımda günə 20 euro-ya dək qazanıram. Maraqlanan olsa, admin@azblok.net email ünvanına yazsın.

DreamerTural (2011-01-13 03:34:07)
tsk

admin (2011-01-10 15:51:27)
Google Adsense-də pul qazanmaq üçün sistemin dəstəklədiyi dillərdən birində sayta malik olmaq lazımdır. Azərbaycan dili adsense-də dəstəklənmir hələ ki. rus,ingilis,Türkiyə türkcələrində olan saytları qoşmaq olar. Adsense sisteminə qoşulmaq sadədir, adsense.google.com-a daxil olursunuz, qeydiyyatdan keçirsiniz, 1-2 günə cavab gəlir ki sizin sayt qəbul olunub ya yox. Ondan sora reklam kodları düzəldib sayta qoyursunuz, hər klikə görə reklam verən nə pul verirsə onun müəyyən faizini google sizə verir. Təxminən hər klikdən 1-30 cent qazanmaq olur. İstisnalar da ola bilər təbii ki, elə kliklər ola bilər ki bir klikə 2$ qazandırsın. Bu rəqabətə uyğun formalaşmış reklam qiymətindən asılıdır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Adsense vergi formunu doldurmaq

Google Chrome Pəncərə bağlanmır

Adsense pul gəlmədi

eBay-dan paltar sifariş etdim

Play Store icazəsiz məlumat istifadəsi

Adsense Ödeme Makbuzu