HP printerləri

Salam. HP OfficeJet, LaserJet, Deskjet, Photosmart bunların fərqləri nədədir ?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Ramin Orucov (2011-01-20 22:47:15)
Deskjet - daha çox ev istifadəsi üçün nəzərdə tutulmuş inkjet texnologiyası ilə işləyən rəngli printer seriyasıdır. 1 kartric ilə təxmini 200-500 səhifə çap etmək olur. LaserJet - laser texnologiyası ilə işləyən, çox çap etmək üçün daha sərfəli printer seriyasıdır, ağ-qara və rəngli lazer printerlərdir, qiymətləri nisbətən bahadır. 1 kartric ilə təxmini 2-3 min səhifə çap etmək olur. Photosmart - rəngli şəkil çap etmək ixtisaslaşmış inkjet texnologiyası ilə işləyən rəngli printer seriyasıdır. OfficeJet - printer, kseroks, faks, scanner və s. çox funksiyalı printerlərdir. Daha çox ofislər üçün nəzərdə tutulub, printer, kseroks, scanner ayrıca almaq yerinə 1 universal aparat almaq daha sərfəlidir. Ümid edirəm ki, aydın oldu. Daha ətraflı məlumat üçün aşağıdakı linklərə baxın: http://en.wikipedia.org/wiki/List_of_Hewlett-Packard_products http://en.wikipedia.org/wiki/HP_Deskjet http://en.wikipedia.org/wiki/HP_LaserJet http://en.wikipedia.org/wiki/HP_Photosmart

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Barkodlu satış sistemi

Katric üçün Mürəkkəb (İNK-чернил)

hp g6 1225 er prosesoru dəyişmək. Noutbuk qızır

HP 615 bluetooth ilə fayl göndərmək olmur

hp pavilon diski gec oxuyur

Printerde kağızda xətt problemi