HP probook yoxsa pavilion

Salam HP notbuku almaq istiyirəm, probuk güclüdü yoxsa pavilion. Probuklardan 4520s i5 meslehet bilen var. Bes pavilionun bu modellə rəqabət aparan modeli varmı. Ümumiyyətlə bu modellərin mənfi və müsbət tərəflərini yazmağınızı xahiş edirəm.


Yadda saxlama
Kateqoriya: Aparat təminatı . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (21 cavab var)

(23:34, 17/01/2011 ) #1318

Əslində konkurent olan bir çox marka və modellər var. Mənim son zamanlar tərcihim Asus-lar olur. Çünki, qiymətininə görə keyfiyyətli və sürəyli modelləri vardir. Amma HP-ni xüsusi olaraq istəyirsinizsə aşağıdakıları diqqətinizə çatdirmaq istərdim:
1. Processor – i3-lər RAM sürəti 1066Mhz dəstəkləyir. Amma əvəzində enerji sərfiyyati yaxşı hesab olunur. i5-lər isə 1333Mhz ilə işləyə bilirlər. Amma batareyanı çox tez bitirirlər və bahadirlar.
2. Video adapter – son modellərdə ikili video card olur. Biri adətən Intel (zəif, amma batareya qənaət edən) və ATI-Nvidia (güclü, amma batareyani tez bitirən. Bu ikili videocardlarin üstünlüyü odur ki, oyun oynanda keçirirsən nVidiaya, batareya lazim olanda isə inteli seçirsən.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:26, 18/01/2011 ) #1321

Qiymətinə görə güclü kompüter: HP Pavilion DV6-3052NR. 1200 azn
Core I7
Ram:6gb DDR3
VGA:1 gb DDR3 amma, oyun oynayanda, kinoya baxanda 3 gb-a kimi qalxır
HDD:500 gb 7200 rpm
Ekrandakı 15.6
Diskavodu Blu-ray-i dəstəkləyir.
Üstündədə Windows 7 home premium veririlir.
İşlətdiyimə görə deyə bilərəm ki baterkaysı əladır. Biraz gözləsən yəqin ki qiymət düşəcək.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:35, 18/01/2011 ) #1322

Yeni il ərəfəsində Computex-dən HP Probook 4520s modelini aldım.
http://computex.ws/?lt=Product&idcat=43&prod=9355

Əlavə ödəniş edib, RAM-ı 8 GB-a qədər artırdım. 64 bitlik Windows 7 Ultimate əməliyyat sistemi qurulmuşdu. 8 GB RAM ilə normal işləmədi, hər gün göy ekran(Blue Screen) çıxırdı. Özlərinin servisinə apardım, RAM-ları test elədilər, dedilər ki, ayrılıqda 4 GB-lıq RAM modulları normal işləyir, amma birlikdə normal işləmir. Halbuki hər 2 RAM modulu RAM modullarının birini 2 GB ilə əvəz etdilər, indi sistem 6 GB RAM ilə normal işləyir. Halbuki anakart (mainboard) 8 GB-a qədər RAM-ı dəstəkləyir.
Bir də ki saytda video kart modeli “Mobility Radeon HD 5470” yazılıb, amma notebookun üstündə “Mobility Radeon HD 4500” gəlir, dedilər ki, saytdakı məlumat səhvdir, amma hələ də düzəliş etməyiblər. Bu məsələ qaranlıq qaldı.

Müsbət cəhətlər:
1.Notebook böyük olmağına baxmayaraq, çəkisi yüngüldür.
2.Konfiqurasiya kifayət qədər güclüdür, performans qane edir.

Mənfi cəhətlər:
1.Ekran çox parlaqdır, max. rejimdə gözü tez yorur, orta rejim yaxşıdır.
2.Touchpad çox həssasdır, rahat işləmək olmur, alışmaq lazımdır.
3.Klaviaturada sağ tərəfdə rəqəmlər yerləşdirilib(normal böyük desktop klaviaturaları kimi), buna görə də klaviaturanın mərkəzi ilə notebookun mərkəzi üst-üstə düşmür, baxmadan yazanda tez-tez səhvən 1-2 hərf sağ tərəfdəkini yazırsan, məsələn “e” hərfinin əvəzinə “r” və ya “t” hərfi. Buna alışmaq üçün bir az vaxt lazımdır.
4.Arada öz-özünə wifi şəbəkə itir, bu drayver ilə bağlıdır, silib təzədən yazanda düzəlir.
5.Yuxarıda izah etdiyim 8 GB RAM problemi

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:35, 19/01/2011 ) #1338

Belə çıxdı ki, Pavilion Probuka qalib gəlir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:16, 19/01/2011 ) #1339

Pavilion istifadə etməmişəm, ona görə heç nə deyə bilmərəm.
Yaxşı olardı ki, HP Pavilion notebook sahibləri fikirlərini bildirsinlər.
Ona görə müqayisə etmək olar.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:00, 19/01/2011 ) #1341

Artıq ikinci pavilionu işledirem. Hər ikisində eyni problem, batareya problemi. Batareya çox tez boşalır. Həm də çox qısa vaxtda ölür. Evvəlki pavilion dv 2000 seriyasından idi. Bele ortabab notbukdur, baxır nə istifadə edəcəksiniz. İndiki dv7-dir. Core İ7-dir, keyfiyyətinə hələlik söz yox, amma batareya problem olaraq qalır. Təzə noutbukdur ama 1,5 saat heç saxlamır. Ekranı böyükdür, amma çəkisi elə də ağır deyil. Üstundə windows 7 home premium gelir. Amma funksional klavishlerin yalniz fn düymesini saxlamaqla işləməsi proqramlaşdırma zamanı çox böyük maneəçilik törədir. Sonuncu heç bir ay deyil almışam, ona görə mənfi və müsbət cəhətlərindən bundan artıq deyə bilmərəm. Bir də aşağı və yuxarı düymələri çox narahatdır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(19:14, 19/01/2011 ) #1343

HP Pavilion DV6-3052NR-in batereykasında zəiflik görməmişəm. Təxminən 2 saatdan çox (rejimindən asılıdır) saxlayır. Hələ ki heç bir şeyində problem rast gəlməyib.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (19:51, 19/01/2011 ) #1344

    O cox bahadi axi

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(19:53, 19/01/2011 ) #1345

Onda gelin bele deyek 800-1000 azn budcem var/ ideal notebuk hansidir. Minimum parametrler: videokarta 1 gb olsun, ram 4gb ddr3, hdd onemli deyil, minimum I5.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:17, 19/01/2011 ) #1346

HP Pavilion DV7-4169wm-929 AZN
Prosessor:AMD Phenom II N850 2.2GHz
Ram:4GB DDR3
640 GB HDD
VGA: HD5470 512Mb-dan 2173Mb-a kimi (Oyun oynayanda, kinoya baxanda)
17.3 ekran.
Dvdromu Blu-ray-i dəstəkləyir.
Mən bilən AMD-lər dizaynerlər, gamerlər üçün daha yaxşıdır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:18, 19/01/2011 ) #1347

Ətraflı məlumat:http://comprador.az/ru/page-full/1721-86.html

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:32, 19/01/2011 ) #1348

Linki səhv vermişəm. Doğru link:http://comprador.az/ru/page-full/2101-86.html

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:42, 19/01/2011 ) #1349

Birdə ki mütləq HP olmalıdır?Asuslar DrElmin dediyi kimi qiymətinə görə kefiyyətli kompüter istehsal edirlər.Çünki Asus brendi hələ o qədər bahalaşmayıb. Sənin istədiyin parametrlərdə Asus 850 AZNdir:
ACER Aspire 5942G-464G50Mibk
Core İ5
4GB ram
1GB ram oyun oynayanda, kinoya baxanda 2.7GB olur
HDD 500 GB
15.6 ekran.
Windows 7 Home Premium

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:23, 19/01/2011 ) #1350

Hər bir şeyi təyinatına və büdcənizə görə seçməyə çalışmaq lazımdır. i7 processorlar batareyanı vəhşi kimi yeyir. Notebook üçün adətən məsləhət görməzdim. Istisna: daim elektrikdə saxlayaraq istifadə edəcəksinizsə.
Qeyd: i3-5-7 processorlarin sürətləri və nüvələri idarə oluna bilinəndirlər. Adətən notebook alanda üstündə gələn power profile’da minimum 30% qoyulur. Onu 1% etsəniz kompyuter boş qalanda sadəcə 1% CPU işləyər. Və ya batareya ilə istifadə etdikdə maksimal dəyəri 100% deyil, 30-50% qoysanız kifayətdir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (14:00, 20/01/2011 ) #1356

    Batareya problemini e-bay-dan əlavə yəni 3-4 saatlıq batareya alıb həll etmək olmaz ki?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (15:41, 20/01/2011 ) #1359

      Baxır adamın maddi vəziyyətinə və fərasətinə..

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:07, 20/01/2011 ) #1358

Yaxşı onda aşağıdakı parametrlerdə ASUS neçəyə olar?

Prosessor İ7
Ram 6gb ddr3
vga min 1gb
hdd 500 gb (ssd olsa ela olar)
3-4 usb
və ideal rahatlıq.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (16:16, 20/01/2011 ) #1360

    ən yaxşısı araşdırmaqdır: http://www.asus.com
    amma həqiqətən əgər özünə alırsansa məncə xırda şeylərə də fikir ver.
    (klaviatura rahatlığı, USB yerləri, multitouch pad, LED ekran, gecə qaranlıqda işləmə rahatlığı, ekran 180° açıla bilirliyi, slayd göstərmək üçün RGB out olması)

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (17:42, 20/01/2011 ) #1361

      Klaviaturanın və touchpad-in rahat olmağı
      Klaviatura hərflərinin işıqlandırılması
      USB portlarının sayı(min. 3-4)
      Performans – harddisk SSD olsa, super olar.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:02, 20/01/2011 ) #1362

http://cavablar.net/2011/01/13/hp-printerleri/

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (22:48, 20/01/2011 ) #1364

    Sualınıza cavab yazdım.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cənab cavab verdi - Azərbaycandakı supermarket kassalarında işlədilən proqram (6 saat əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (1 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (2 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (3 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (14 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23295 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024