HP probook yoxsa pavilion

Salam HP notbuku almaq istiyirəm, probuk güclüdü yoxsa pavilion. Probuklardan 4520s i5 meslehet bilen var. Bes pavilionun bu modellə rəqabət aparan modeli varmı. Ümumiyyətlə bu modellərin mənfi və müsbət tərəflərini yazmağınızı xahiş edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (21 cavab var)

Ramin Orucov (2011-01-20 22:48:30)
Sualınıza cavab yazdım.

Asad (2011-01-20 18:02:25)
http://cavablar.net/2011/01/13/hp-printerleri/

Ramin Orucov (2011-01-20 17:42:43)
Klaviaturanın və touchpad-in rahat olmağı Klaviatura hərflərinin işıqlandırılması USB portlarının sayı(min. 3-4) Performans - harddisk SSD olsa, super olar.

DrELM (2011-01-20 16:16:04)
ən yaxşısı araşdırmaqdır: http://www.asus.com amma həqiqətən əgər özünə alırsansa məncə xırda şeylərə də fikir ver. (klaviatura rahatlığı, USB yerləri, multitouch pad, LED ekran, gecə qaranlıqda işləmə rahatlığı, ekran 180° açıla bilirliyi, slayd göstərmək üçün RGB out olması)

DrELM (2011-01-20 15:41:33)
Baxır adamın maddi vəziyyətinə və fərasətinə..

Automax (2011-01-20 14:07:09)
Yaxşı onda aşağıdakı parametrlerdə ASUS neçəyə olar? Prosessor İ7 Ram 6gb ddr3 vga min 1gb hdd 500 gb (ssd olsa ela olar) 3-4 usb və ideal rahatlıq.

Automax (2011-01-20 14:00:34)
Batareya problemini e-bay-dan əlavə yəni 3-4 saatlıq batareya alıb həll etmək olmaz ki?

DrELM (2011-01-19 22:23:19)
Hər bir şeyi təyinatına və büdcənizə görə seçməyə çalışmaq lazımdır. i7 processorlar batareyanı vəhşi kimi yeyir. Notebook üçün adətən məsləhət görməzdim. Istisna: daim elektrikdə saxlayaraq istifadə edəcəksinizsə. Qeyd: i3-5-7 processorlarin sürətləri və nüvələri idarə oluna bilinəndirlər. Adətən notebook alanda üstündə gələn power profile'da minimum 30% qoyulur. Onu 1% etsəniz kompyuter boş qalanda sadəcə 1% CPU işləyər. Və ya batareya ilə istifadə etdikdə maksimal dəyəri 100% deyil, 30-50% qoysanız kifayətdir.

qalib.alili (2011-01-19 20:42:42)
Birdə ki mütləq HP olmalıdır?Asuslar DrElmin dediyi kimi qiymətinə görə kefiyyətli kompüter istehsal edirlər.Çünki Asus brendi hələ o qədər bahalaşmayıb. Sənin istədiyin parametrlərdə Asus 850 AZNdir: ACER Aspire 5942G-464G50Mibk Core İ5 4GB ram 1GB ram oyun oynayanda, kinoya baxanda 2.7GB olur HDD 500 GB 15.6 ekran. Windows 7 Home Premium

qalib.alili (2011-01-19 20:32:21)
Linki səhv vermişəm. Doğru link:http://comprador.az/ru/page-full/2101-86.html

qalib.alili (2011-01-19 20:18:34)
Ətraflı məlumat:http://comprador.az/ru/page-full/1721-86.html

qalib.alili (2011-01-19 20:17:51)
HP Pavilion DV7-4169wm-929 AZN Prosessor:AMD Phenom II N850 2.2GHz Ram:4GB DDR3 640 GB HDD VGA: HD5470 512Mb-dan 2173Mb-a kimi (Oyun oynayanda, kinoya baxanda) 17.3 ekran. Dvdromu Blu-ray-i dəstəkləyir. Mən bilən AMD-lər dizaynerlər, gamerlər üçün daha yaxşıdır.

Automax (2011-01-19 19:53:58)
Onda gelin bele deyek 800-1000 azn budcem var/ ideal notebuk hansidir. Minimum parametrler: videokarta 1 gb olsun, ram 4gb ddr3, hdd onemli deyil, minimum I5.

Automax (2011-01-19 19:51:53)
O cox bahadi axi

qalib.alili (2011-01-19 19:14:16)
HP Pavilion DV6-3052NR-in batereykasında zəiflik görməmişəm. Təxminən 2 saatdan çox (rejimindən asılıdır) saxlayır. Hələ ki heç bir şeyində problem rast gəlməyib.

Emin Kazımov (2011-01-19 17:00:09)
Artıq ikinci pavilionu işledirem. Hər ikisində eyni problem, batareya problemi. Batareya çox tez boşalır. Həm də çox qısa vaxtda ölür. Evvəlki pavilion dv 2000 seriyasından idi. Bele ortabab notbukdur, baxır nə istifadə edəcəksiniz. İndiki dv7-dir. Core İ7-dir, keyfiyyətinə hələlik söz yox, amma batareya problem olaraq qalır. Təzə noutbukdur ama 1,5 saat heç saxlamır. Ekranı böyükdür, amma çəkisi elə də ağır deyil. Üstundə windows 7 home premium gelir. Amma funksional klavishlerin yalniz fn düymesini saxlamaqla işləməsi proqramlaşdırma zamanı çox böyük maneəçilik törədir. Sonuncu heç bir ay deyil almışam, ona görə mənfi və müsbət cəhətlərindən bundan artıq deyə bilmərəm. Bir də aşağı və yuxarı düymələri çox narahatdır.

Ramin Orucov (2011-01-19 16:16:47)
Pavilion istifadə etməmişəm, ona görə heç nə deyə bilmərəm. Yaxşı olardı ki, HP Pavilion notebook sahibləri fikirlərini bildirsinlər. Ona görə müqayisə etmək olar.

Automax (2011-01-19 15:35:45)
Belə çıxdı ki, Pavilion Probuka qalib gəlir.

Ramin Orucov (2011-01-18 14:35:46)
Yeni il ərəfəsində Computex-dən HP Probook 4520s modelini aldım. http://computex.ws/?lt=Product&idcat=43&prod=9355 Əlavə ödəniş edib, RAM-ı 8 GB-a qədər artırdım. 64 bitlik Windows 7 Ultimate əməliyyat sistemi qurulmuşdu. 8 GB RAM ilə normal işləmədi, hər gün göy ekran(Blue Screen) çıxırdı. Özlərinin servisinə apardım, RAM-ları test elədilər, dedilər ki, ayrılıqda 4 GB-lıq RAM modulları normal işləyir, amma birlikdə normal işləmir. Halbuki hər 2 RAM modulu RAM modullarının birini 2 GB ilə əvəz etdilər, indi sistem 6 GB RAM ilə normal işləyir. Halbuki anakart (mainboard) 8 GB-a qədər RAM-ı dəstəkləyir. Bir də ki saytda video kart modeli "Mobility Radeon HD 5470" yazılıb, amma notebookun üstündə "Mobility Radeon HD 4500" gəlir, dedilər ki, saytdakı məlumat səhvdir, amma hələ də düzəliş etməyiblər. Bu məsələ qaranlıq qaldı. Müsbət cəhətlər: 1.Notebook böyük olmağına baxmayaraq, çəkisi yüngüldür. 2.Konfiqurasiya kifayət qədər güclüdür, performans qane edir. Mənfi cəhətlər: 1.Ekran çox parlaqdır, max. rejimdə gözü tez yorur, orta rejim yaxşıdır. 2.Touchpad çox həssasdır, rahat işləmək olmur, alışmaq lazımdır. 3.Klaviaturada sağ tərəfdə rəqəmlər yerləşdirilib(normal böyük desktop klaviaturaları kimi), buna görə də klaviaturanın mərkəzi ilə notebookun mərkəzi üst-üstə düşmür, baxmadan yazanda tez-tez səhvən 1-2 hərf sağ tərəfdəkini yazırsan, məsələn "e" hərfinin əvəzinə "r" və ya "t" hərfi. Buna alışmaq üçün bir az vaxt lazımdır. 4.Arada öz-özünə wifi şəbəkə itir, bu drayver ilə bağlıdır, silib təzədən yazanda düzəlir. 5.Yuxarıda izah etdiyim 8 GB RAM problemi

qalib.alili (2011-01-18 14:26:05)
Qiymətinə görə güclü kompüter: HP Pavilion DV6-3052NR. 1200 azn Core I7 Ram:6gb DDR3 VGA:1 gb DDR3 amma, oyun oynayanda, kinoya baxanda 3 gb-a kimi qalxır HDD:500 gb 7200 rpm Ekrandakı 15.6 Diskavodu Blu-ray-i dəstəkləyir. Üstündədə Windows 7 home premium veririlir. İşlətdiyimə görə deyə bilərəm ki baterkaysı əladır. Biraz gözləsən yəqin ki qiymət düşəcək.

DrELM (2011-01-17 23:34:36)
Əslində konkurent olan bir çox marka və modellər var. Mənim son zamanlar tərcihim Asus-lar olur. Çünki, qiymətininə görə keyfiyyətli və sürəyli modelləri vardir. Amma HP-ni xüsusi olaraq istəyirsinizsə aşağıdakıları diqqətinizə çatdirmaq istərdim: 1. Processor – i3-lər RAM sürəti 1066Mhz dəstəkləyir. Amma əvəzində enerji sərfiyyati yaxşı hesab olunur. i5-lər isə 1333Mhz ilə işləyə bilirlər. Amma batareyanı çox tez bitirirlər və bahadirlar. 2. Video adapter – son modellərdə ikili video card olur. Biri adətən Intel (zəif, amma batareya qənaət edən) və ATI-Nvidia (güclü, amma batareyani tez bitirən. Bu ikili videocardlarin üstünlüyü odur ki, oyun oynanda keçirirsən nVidiaya, batareya lazim olanda isə inteli seçirsən.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Mәnim notbukum GTA 4-ün sistem tәlәblәrinә uyğundurmu?

Komputerde disk problemi

klaviatura düymələri işləmir

Şəxsi istifadə üçün məsləhətli printer

Hp Pavilion Dv6 bluetooh prablemi

HP-nin modelini öyrənmək