Sizdə deyəsən iki ədəd boot.ini var, o biri D: diskindədir. Çünki, burada cavab yazanlar hər şey düzgün olduğu kimi izah ediblər, başqa variant qalmır.
Bilirsiz men Cavid Ağa sizin yazdiginizi etmisem ama yenede Windows default olur ve vaxt biten kimi 2cini acir ve ERROR verir ama BOOT.inide onu silmisem yalniz mene lazim olan qalib bes nece edimki birinci acilsin avtomatik? (ikinci sildiyim windowsdur silsem bele onu acir)
Boot.ini faylında dəyişiklik etmək istəsəniz, mütləq kopyasını alın. Nəyisə səhv dəyişsəniz, əməliyyat sistemi açılmaya bilər, ona görə bu variantı yazmadım.
Əlavə olaraq boot.ini faylını "Notepad"də açıb bu kodun:
_______________________________________________
[boot loader]
timeout=30
default=multi(0)disk(0)rdisk(0)partition(1)\WINDOWS
[operating systems]
multi(0)disk(0)rdisk(0)partition(1)\WINDOWS="Qalmasını istədiyiniz əməliyyat sisteminin adı" /fastdetect
multi(0)disk(0)rdisk(0)partition(2)\WINDOWS="Silmək istədiyiniz sistemin adı" /
_______________________________________________
son sətrini silərək də yoxlamaq olar. Amma yaddan çıxarmayın ki, sildiyiniz əməliyyat sisteminizə aid fayllar hələ də qalacaq.
My Computer Properties-ə girin. Advanced səhifəsində Startup və Recovery yazılan yerdə Settings düyməsi var, ona vurun. Açılan pəncərədə "Default Operating System" olaraq siyahıdan istədiyiniz əməliyyat sistemini seçin.