Salam. Notebook üzərində olan 320 gb-lıqHDD fiziki zədədən sonra qeyri işlək hala düşüb. Yəni Windows 7 açılanda hansısa sistem faylının itdiyini deyir və recover etmək istəyir. Recover prosesinə isə fiziki zədə mane olur. İçindən davamlı gələn müxtəlif səslərdən başa düşürəm ki HDD-nin müəyyən klasterləri oxunmaz hala düşüb. Ama oxuna bilən hissəsindən materiallarımı çıxarmaq üçün nələr etmişəmsə də köməyimə gəlmir. Bu mövzuda hər hansı köməkliyinizə görə əvvəlcədən təşəkkür edirəm.
P.S. Qeyd edim ki, mənə maraqlı olan materialların HDD-dən çıxarılması məsələsidir.
Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)
3
1.Bu problemin professional həlli ilə Risk, AZEL şirkətləri məşğul olur. Onlarda bunun üçün xüsusi avadanlıq və proqram təminatı var. Amma bu xidmətin qiyməti baha olacaq. Dəqiq məlumat deyil, amma eşitdiyimə görə recover edilmiş hər 1 GB informasiya üçün 10 AZN pul istəyirlər. Dəqiq məlumat üçün bu şirkətlərə zəng vurub soruşa bilərsiniz.
2.Özünüz bu problemin həlli ilə məşğul olmaq istəyirsinizsə, onda mütləq harddiski çıxarın, başqa kompüterə 2-ci harddisk kimi qurun. Data Recovery proqramları çoxdur, mən Easy Recovery və R-Studio proqramlarını istifadə etmişəm, nəticəsi pis deyil, bunları yoxlaya bilərsiniz.
3.Əgər belə texniki məsələlərdə təcrübəniz yoxdursa, yaxşısı budur ki, harddiski yaxşı bir texniki servis mərkəzinə verin, onlar bu işlə məşğul olsun. Əks halda harddiski daha da zədələyə bilərsiniz və məlumat qurtarmaq şansı çox azalar.
Son olaraq kiçik bir məsləhət: Belə problemlər həmişə baş verə bilər, dəyərli məlumatlarınızın hər zaman başqa informasiya daşıyıcılarında(2-ci harddisk, dvd və s.) ehtiyat nüsxəsini saxlayın.
Yumurtaların hamısını bir səbətdə saxlamayın:)
Uğurlar!
0
Dəyərli vaxtınızdan ayırıb köməyə əl yetirmək istəyinizə görə təşəkkür edirəm. Düzünü desəm Risk və ya Azel variantını ən sonuncu variant kimi düşünmüşəm. Problem yaranan HDD-nin zədə almayan hissəsindəki məlumatı çıxarmaq üçün diski HDD Box vasitəsi ilə kompüterə qoşdum. HDD iki yerə bölünmüş oluğundan əməliyyat sistemi (Windows 7) yazılmayan partition-dakı materialları çətinliklə də olsa görə bildim. Amma əməliyyat sistemi yazılan partition isə J:\ is not accessible yazır və içinə heç cürə müdaxilə edə bilmirəm.
P.S. İçini görə bildiyim (ikinci) partitionun bir nüsxəsini 2 ay bundan qabaq digər hard diskdə saxlamışdım. Mənim üçün olduqca vacib (62 gb) materiallar desktopda olduğundan onları qaytarmaq üçün narahatam.
Öncədən təşəkkürlər.
3
Easy Recovery proqramında RAW Recovery rejimi olmalıdır, bütün sektorları bayt bayt skan eləməyə çalışır. Bu rejim bəlkə işə yaradı.
http://www.ultimatebootcd.com/ Kardeş ben sana şimdilik anca Kullanabileceğin araçların bulunduğu bu image’i verebilirim, umarım işini görür eğer dosya sistemin raw’a düşmüşse kullanabilieceğin bir araç’ta PTDD Yani Partition Disk Doktor,
Tekrar partition’larını geri alabilirsin yanlız kullanırken dikkatli ol, hata düzeltmesi falan derse hayır cevabını ver ilk etapta sonradan partitionlar için menüden recover işlemini yap.
Sektörleri bir bir taratarak recover işlemi yapabilirsin,bu live Cd’yi kullanırken illa da takılmalar oluyor yapamıyorsan, Harddisk’i çıkarıp içindeki karbon yapılı diski başka ortama yerleştirip orada çalıştırman lazım ki bunu da, İşte o kurtarma şirketleri parayla yapıyorlar, kendi imkanlarınla denemek isteyebilirsin ama epeyce dikkat gerektiren bir iş, Diskin balans’ı ve Disk arayüzündeki hava boşluğuna kadar ince detayları göz önüne alman lazım!…
Sual verin
Cavab verin