İnternetə qoşulmada ləngimə

Salam. Komputer açılandan sonra 3 dəqiqə ərzində /Сетевые /подключения qovluğunun aktivləşməsini gözləməli oluram. Məlum ADSL, DİAL-UP, mobil qoşulma keçidləri bu qovluqda yerləşdiyindən heç bir vasitə ilə cəld qoşula bilmirəm. Məndə ADSL modem bridging-lə qoşulub və Windows yüklənənə qədər artıq DSL qoşulma işığı yanır. Deyilənə görə ləngimə Antivirusa(Avira) görə olur, amma antivirus aktivləşəndən sonra da ən azi 2 dəqiqə gözləməli oluram. Bunun səbəbini və həlli yolunu bilib yazana qabaqcadan minnətdaram.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

DrELM (2011-02-07 04:07:32)
Bir dəfə başıma gəlib amma necə düzəltməyim yadımdan çıxıb.. (səhv etmirəmsə adaptorlarlardan birinin Propertires-Свойства quşların antivirusa aid olan hissəsini yığışdırdım) Amma altdakı linklərdə Sizin problemlə şərik olan birinə müxtəlif variantlar təklif ediblər: http://forum.windowsfaq.ru/archive/index.php/t-46454.html http://support.microsoft.com/default.aspx?scid=kb;EN-US;q311272 -