NT-də domain qeydiyyatı forması

Salam. NT-də bu yaxınlarda domain qeydiyyatı etdim. Formun 2 hissesini doldura bilməmişdim. Domain qeydiyyatdan keçdi amma həmin hissələri də forma əlave etməyimi istədilər. Zəhmət olmasa deyərdiniz bu hissələri necə doldurum. Demək məndə boş qalan hissələr 7a. Primary Server Hostname....: 7b. Primary Server Netaddress..: 8a. Secondary Server Hostname..: 8b. Secondary Server Netaddress....: deyek ki domain adi mysite.com 7a: ve 8a: ns1.mysite.com və ns2.mysite.com olmalıdır fikrimcə amma bunların ip-ləri nə olacaq bilmirəm. Zəhmət olmasa deyərdiniz.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

admin (2011-02-23 10:25:02)
İlk öncə xahiş olunur sualı qaydalara uyğun daxil edin növbəti dəfə. Axı sualı yazarkən bu haqda yazılıb. Ki, Azərbaycan əlifbasında olmayan suallar silinəcək, sizin sual isə ingilis əlifbasında idi. Keçək suala. Dediyiniz bəndlər ns-lər adlanır və sizin saytınızın yerləşdiyi hostinqə uyğun parametrlərdir. Məsələn intransın öz ns-ləri belədir. 7a. Primary Server Hostname….: ns1.intrans.az 7b. Primary Server Netaddress..: 217.14.96.114 8a. Secondary Server Hostname..: ns2.intrans.az 8b. Secondary Server Netaddress….: 217.14.96.114 Adətən 7a və 7b-də ns1.hostin_saytın_adı və ns2.hostinq_saytın_adı olur. İP isə hostinqin İP-si. Siz sadəcə olaraq hostinqinizin suportuna yazın bu barədə, dərhal sizə bu parametrləri verəcəklər. Əslindı İP lazım olmamalıdır, NS1 və NS2 kifayət etməlidir. Amma bilmirəm niyə İP-ni də itəyir bu İntrans.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Bloqum üçün domen

Domen (Təcili kömək)

eBay haqqında hər şey.

adiniz@sizindomain.com tipli e-mail yaratmaq

Domain üçün şirkət töviyyəsi

Telefon qeydiyyat olunub hələdə işlədə bilmirəm