Kompüter və format

Salam. Sualım bir neçə istiqamətlidir: 1. Mən kompüteri 3 ay bundan öncə formatlatmışam. Formatdan öncə virusla əlaqədar olaraq (böyük ehtimal elədir) internetə daxil ola bilmirdim. Formatdan sonra isə bir gün ərzində intenetə daxil ola bilmədim. Modemdən olduğu düşünülürdü, amma heç bir müdaxilə etmədən günün sonunda bu, mümkün oldu. İndi isə ara-sıra internetdə zəifləmələr olur. Bunun xüsusi səbəbi ola bilərmi? 2. Eyni zamanda, kompüterimdə iki Windows var. Mən isə birindən (XP-nin ingilis versiyasından) istifadə edirəm. Bunun xüsusi bir fəsadi və ya zərəri ola bilərmi? 3. 15-18 gündən bir kompüteri söndürdükdə (Windows is shutting down mərhələsində) .exe genişlənməli ERROR gəlir ekrana. "Yaddaş oxuya bilmir" deyə xəbərdarlıq edilir. Bu nə deməkdir? Formatdan sonra olma ehtimalı varmı? Xahiş edirəm, məni bunlar barədə məlumatlandırasınız. Əvvəlcədən təşəkkürlər. dərin hörmətlə...

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Intiqam (IT mutexessis) (2011-08-15 20:38:48)
Nurlan qaqash,Senin kompyuterin duzgun formatlanmiyib.Yani oshibkalar verib.Sehvler duzeldilmemish,hard disk berpa olunmamish formatlanib.Hem de ki evvelki sistem silinmiyib.Bunu c ve d yarimdiskleri ikisini dagitmadan duzeltmek mumkundur. Sene bir xaker kodu deyirem.Bu kodu nece var kopyala ve START(Pusk)\Run(Vıpolnit) seç və bunu yaz. Rundll32.exe advapi32.dll,ProcessIdleTasks ve enteri bas. Hech neye elvurmadan 10 deqiqe gozle. Kompun qirmizi ishigi yanacaq.10 deqiqeden sonra perezaqruzka ver kompa.bu qeder.ugurlar...Chetinliyin olsa menimle elaq saxla. 070 912-87-17

Nurlan (2011-02-28 16:36:58)
Sizdə hansı problemlər mövcud idi? Bəlkə, bizim problemlərimiz fərqlidir, deməli, onlara yanaşma və istifadə ediləcək metodlar da fərqli olmalıdır. Eyni zamanda, bilirsinizsə, mənə yaxşı servis mərkəzi (buraya fərdi təmirçi də aiddir) deyə bilərsiniz? Dərin hörmətlə

Fərid (2011-02-25 17:19:34)
Bir kompyuterə iki OS yükləmək olar. Ama bu zaman hansının ilk yüklənməsinə diqqət etmək lazımdır. Məndə təsadüfən elə olmuşdu, və kompyuterdə həddindən çox problem yaranırdı. Bir neçə dəfə normal format etdim, ancaq alınmadı. Bir kompyuter mühəndisi tanışım C və D ni beləcə formatlamağı məsləhət gördü. Ondan sonra kompyuter normal işlədi.

Nurlan (2011-02-25 14:46:11)
Iki Windovsun konkret olaraq hansı fəsadları ola bilər? Və bir də nə üçün C və D diskini-hər ikisini birlikdə?

Fərid (2011-02-25 08:33:22)
Mən kompyuteri tam formatlamağı məsləhət görərdim. 2 windows məndə problemlər yaradıb bir ara. D və C disklərini tam formatlamağı məsləhət görürəm! Format zamanı formatlayacağınız diski seçməli olduğunuz hissədə, hər ikisini Delete edin və yenidən yaradın, windowsu yazın