iPhone vs …?

Salamlar. Məlum olduğu kimi iphone hələki lider bir telefondur. Amma çox teesüf ki, bir qeder bahadır. Bilmek istərdim iphone əvəz edə biləcək ən yaxşı model hansıdır? Samsung Galaxy S necədi?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Ruslan (2011-03-18 00:19:05)
Salam. Geldin movzuya bele yanashaq. Telefonu ne uchun alirsan? Ad uchun? aksessuar uchun? Ish uchun? Men shexsen Blackberry ishledirem. coxda raziyam istediyim her sheyi rahatliqla mene komek edir. istifadesi ve rahatligina soz ola bilmez.. menim uchun iphone dan ustun telefondur baxmayaraq ki touch deyil kamersi 5mp deyil.. evvelce telefonu ne uchun aldiginizi deqiqleshdirin :))

admin (2011-03-01 22:46:52)
Xeyr, İphone əsla lider telefon deyil. :) Lider sayıla biləcək bir neçə smartfonlar var ki onlardan biri də İphone 4-dür. Digərləri də HTC Desire HD, Samsung Galaxy S, Nexus One, HTC Desire, yaxınlarda çıxacaq yeni Galaxy, daha sonra Google Nexus S. Son zamanlar İphone 4 ilə adı daha çox yanaşı çəkilən HTC Desire HD-dir və əminliklə deyə bilərəm ki bu aparat İphone-dan ümumi parametrləri cəm olaraq götürəndə daha üstün telefondur, qiymətdə də ucuzdur ondan. Bundan başqa Galaxy S də İphone 4-dən üstündür fikrimcə. HTC-ni bir kənara qoysaq belə özünüz düşünün: Galaxy S-in aparat təminatını bu sahənin lideri Samsung buraxır, digital,multimedia üçün təminatda Samsunga çatan olmaz. İphone4 isə Apple-ə məxsusdur və Apple aparat təminatında Samsungla müqayisəyə gələ bilməz, əksinə İphone-un özünün bəzi hissələrini məhz Samsung, bəli məhz Samsung düzəldir. İphone-un üstünlüyü mükəmməl proqram təminatı həlləridir. Belə orda artıq hər şey düşünülüb, amma Android sistemli telefonlarda inkişaf hələ indi çox sürətlə gedir və proqram bazası həcmcə hələ ki İphone-a çatmayıb, amma yaxınlarda çatacaq bu sürətlə

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Musiqi Player İPhone 3GS

iphone 5 üçün korpus gətizdirmək

Amerikadan Iphone getirmek

iphone üçün proqram və oyunlar saytı

Iphone and icould

Iphone 5 enerji bitib, indi açılmır