Vebsaytın görüntüsündə problem

Salam. İşlədiyim saytı pulsuz hostların birinin serverinə yerləşdirdim.(000webhost.com və 0fees.net). Buna qədər saytı öz kompyuterimdə quraşdırdığım apache serverdə test edirdim. Apache serverdə hər şey əladır. Heç bir görüntü problemim yoxdur, bütün brauzerlərdə də yoxlamışam hər şey qaydasındadır. Amma yuxarida adını çəkdiyim host şirkətlərinin serverinə yerləşdirirəm və saytı brauzerdə açanda hər şey dağılır, qarışır.Bir sözlə sayt oxunmaz hala düşür. Təkrar öz kompyuterimdəki apache serverdə yoxluyuram yenə hər şey qaydasındadır. Sizcə bunun səbəbi nə ola bilər? Mənim şübhələrim MySQL və PHP-nin versiyalarındadır. bunlarda PHP 5.2 məndə isə 5.3.5.CSS-imi validator-la yoxlamışam hər şey əladır.İkinci şübhəm isə pulsuz olduqlarına görədir.Bunları sadəcə test üçün istifadə etmək istiyirdim, sonda saytı normal ödənişli servere qoyacam. Ama belə bir problemlə üzləşdim. Zəhmət olmasa məsləhətlərinizi yazardınız.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

admin (2011-03-04 15:51:02)
Buyurun. Sözügedən layihəyə də uğurlar.

Bahruz Garamammadov (2011-03-04 14:51:10)
Əla.Dediyiniz kimi problem elə həmin sətirdə idi, CSS əvəzinə css yazmışdım, apache buna fikir verməsə də veb server səhv kimi qəbul edirmiş. Bir də təşəkkür edirəm köməyinizə görə, indi normal görsənir hər şey.

admin (2011-03-04 14:02:24)
Dəyməz. Sadəcə kodda header-də [code]<link rel="stylesheet" type="text/css" href="css/style.css"/> [/code] sətrinə diqqət edin. O faylı ya yükləməmisiniz ya da ünvanı səhv göstərilib. Digər js və css fayllar isə düppədüz yüklənib, problem bircə fayldadır o da style.css. İmages-lərlə bağlə məncə problem olmayacaq. Hələ ki style-ı düzəldin.

Bahruz Garamammadov (2011-03-04 12:32:38)
çox sağolun köməyə görə. ünvan http://testaznews.net76.net/ elə sizin dediyiniz problemdir çox güman. Mən FileZilla ilə serverə yekleyəndə təkcə database-lə bağlı şeyləri (hostname, username və s.) dəyişdim. Direktoriyaların heç birinə dəyişiklik etmədim. index.php-də "CSS/style.css", CSS fayda fon şəkilləri də "images/şəkilinadı.png" kimi qalıb. Hər ikisində dəyişiklik etməliyəm?

admin (2011-03-04 11:27:05)
Salam. İnanmıram ki problem php və ya mysql imkanlarında ola. Fikrimcə problem relative-likdə ola bilər. Məsələn sizdə localhostda /css/style.css göstərilibsə, hostinqdəki apache o ünvanı görmür. Ən yaxşısı siz saytın adresini bura yazın, baxıb həllini deyək.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Php, js, css necə düzəldilir?

innoDB necə enable edə bilərəm?

PHP və JavaScriptə ilk addım

WordPress template’nin kodunun lokal serverdə test edilməsi

Php kursları

PHP-də xəta