Google-a sayt əlavə etmək

Salam.Yaradılmış sayta hansı teqi yazmaq lazımdırki googlda axtarış verəndə tapılan nəticələr icərisində mənimdə yaratdığım veb səhifə olsun.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

kamilh (2011-03-08 11:30:38)
Hamınıza teşekkür edirəm cavablarınıza görə..

Bahruz Garamammadov (2011-03-08 09:41:45)
Axtarış mühərriklərinin alqoritmləri saytdakı müxtəlif şeyləri əsas götürüb sıralayır. Google ilk olaraq sponsored links-i gətirir, bunlar Google-da saytın reklam olunmasını istəyən veb saytlardı. Məsləhtdi bunu eləmək, demək olar ki çox ucuzdu. Google-da reklamınızı yerləşdirirsiniz, buna görə pul vermirsiniz. Amma hər dəfə kimsə sizin sayta "çerez" Google gəlirsə onda hesabınızdan bir neçə sent çıxılır. Bundan başqa axtarış mühərriklərində ilk sırada olmaq üçün bir neçə üsul da var. Məsələn HTML-in head tag-ları arasında meta tag-yaradılır və orada açar sözlər əlavə olunur, saytın mövzusu ilə bağlı.həmin meta tag-dakı açar sözlərə axtarış mühərriki reaksiya verir. BUndan başqa saytın layout-unu table-lərlə yox div-lərlə qurmaq məsləhət görülür. Digər məsləhtli üsul saytınıza dost saytlardan keçid verməkdir. Məsələn mən öz saytımda sizin saytın adını faydalı resurs kimi qeyd edirəm və keçid linki verirəm. Bir sözlə əgər kiminsə təsadüfən sizin saytınıza gəlməsini istəyirsinzsə onda bu şeylərə fikir verməyiniz vacibdir. SEO yeterincə geniş mövzudur, bu haqda kitablar da yazılıb.

Xeyal Quliyev (2011-03-08 00:45:29)
Saytinizi googla tanitdirin, daha tez effekt alinar.

Ramin Orucov (2011-03-07 12:33:13)
Saytın kontentinə uyğun teqlər yazmaq lazımdır. Məsələn saytınız Java və Oracle proqramlaşdırmaya aiddirsə, onda aşağıdakı teqlər axtarış motorlarından trafiki sizin bloqunuza gətirəcək. Java, Oracle, proqramlaşdırma, obyekt yönlü proqramlaşdırma, SQL, PL/SQL və s.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Telefonum php dəstəkləsin

Socket.io chat veb səhifədə install

Proqramlaşdırma dilləri

getcomposer install

PHP sil buttonu

php ilə təqvim.