Windows OS

Salam. Belə bir sualla sizlərə müraciət etmək istəyirəm: bir kompüterdə iki əməliyyat sisteminin (Windows XP) olmasının kompüter üçün fəsadları vardırmı, yaxud varsa, hansı səviyyədədir? Qısa açıqlama: mən im kompüterimdə iki Windows var (rus və english). Mən yalnız English variantından istifadə edirəm. Rus variantından isə istifadə etmirəm. Hətta rus variantında proqram və driver yükləməsini həyata keçirməmişəm. Sadəcə english versiyasından istifadə edirəm. Bunun kompüter üçün konkret fəsadları nə ola bilər, yoxsa heç bir ziyanı yoxdur?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Araz Eyyubov (2011-04-21 22:33:07)
* sizin diskinizdə artıq yer tutacaq. * Problem o zaman yarana bilər ki, hər iki əməliyyat sistemini eyni partitiona yazasınız. * Linux ilə VVindovsu eyni vaxtda istifadə etmək istəsəniz, əvvəl Vindovz əməliyyat sistemini daha sonra isə Linux əməliyyat sistemini yazmanız gərəkdir.

Azizova Sevinc (2011-03-09 09:37:00)
amma məncə Windows XP üçün 2 versiyanın yüklənməsinə ehtiyac yoxdu. rus və ingilsh problemini "mui"-nu yukləməklə də həll etmək olar. Mui istifadə edəndə komputer çox yüklənmmir. Amma eyni zamanda həm Lunix həm Windows yükləyəndə heç bir problem olmayıb məndə.

Bahruz Garamammadov (2011-03-08 09:50:29)
bildiyim qədər ziyanı yoxdur. dualboot-un fəsadları yalınız yükləmə zamanı ola bilir. Bəzən ikinci sistemi yükləyəndə disklər itir, orda olan fayllar pozulur və s. Əgər problemsiz yüklənibsə, və işləyirsə kompyuterə zərəri yoxdur.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Komputeri açanda yazılır ki, windows 7 aktiv olunmalıdır.

Windows 7 üçün orijinal disk

Windows 7’də qovluqda gizli fayllari göstər funksiyası

Eyni anda 2 əməliyyat sistemi işlətmək

Birinci yüklənən sistem

Windows-da accountu silə bilməmək