Hansı kuryer original deməkdir?

Assalamualeykum! Mən eBaydan telefon almaq istəyirəm. Mümkünsə mənə original kuryer deyin. Orda belə yazılıb: T-Mobile Unlocked AT&T Fido Metro PCS Net10 (2) Rogers Wireless SunCom TracFone Verizon Bunlardan hansılarını seçsəm original telefon ala bilərəm? Bir də bilmək istəyirəm ki, eBAY-da telefonun original olması haqqında hardan məlumat əldə edə bilərəm? Auksiyonla almaq sərfəlidir yoxsa nəğd almaq? Alınacaq malın Free shipping ilə göndərilməsi zamanı hansı problemlər çıxa bilər? Ən yaxşı və etibarlı göndərilmə sistemi hansıdır, neçəyə və nə zaman müddətə başa gəlir? Təşəkkür edirəm hər şeyə görə

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

exodius (2011-03-17 18:06:34)
Siyahıda sadaladıqlarınız əksəriyyəti mobil operatorlardır və alacağınız telefon həmin operatorun şəbəkəsinə "bərkidilib", bele telefon aldıqda, onun bizim ölkədə işləməsi üçün müəyyən programlardan istifadə edərək blokdan çıxarmaq lazımdır. "Unlocked" telefonun heç bir operatora bağlı olmadığını göstərir, belə telefonları heç bir əlavə əməliyyat olmadan ölkəmizdə işlədə bilərsiniz. Originallığı məhsulun satış səhifəsində satıcı mütləq göstərməlidir. Auksion ucuz olur, amma bunun üçün müəyyən qədər vaxt ayırmaq lazımdır. Ən etibarlı sistemlər DHL ve EMS-dir, qiymətləri malın çəkisindən, həcmindən asılıdır, 3-5, bəzən 7 günə çatdırılır.