Saytların yaradılması

Mən saytların yaradılması sahəsi ilə maralanıram. İlk nədən başlasam, daha yaxşıdı?

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

GeSTaPo (2011-04-02 13:35:10)
salam nicat_behbudov xahis menede oyrede bilersn?? emailimmi yaziram elaqe saxlayarsan mkan olsa gestapo_34@mail.ru

admin (2011-03-29 13:32:25)
Sevinc, C# bildiyiniz halda ASP.NET ilə sayt qurmaq sizə çox asan olacaq. Hansı yaxşıdır sualına qısa cavab verməli olsaq birmənalı olaraq PHP cavabını verirəm. Amma təbii ki imkan baxımından hər ikisi eynidir və istənilən ağırlıqlı layihələri qurmaq mümkündür. ASP.NET hazır komponentlər baxımından işi xeyli asanlaşdırır və kod yazmaq işini xeyli azaldır. PHP-də isə demək olar hər şey kod ilədir. Ona görə də fikrimcə sizə ASP.NET daha asan olar, çünki o mühitin məntiqini artıq bilirsiniz, PHP isə öyrənməyə asan olmasına baxmayaraq burada hər şey fərqlidir və hər şeyə 0-dan başlamalı olacaqsınız. ASP.NET-dən istənilən DB-yə bağlanmaq mümkündür. Connection stringi verirsiniz, vəssalam. Amma ona doğma olan SQL SERVER-dir, çünki hər ikisi Microsoft məhsuludur.

Azizova Sevinc (2011-03-29 10:24:04)
mene ne meslehet gorerdiniz? html bilikleri var amma sayt duzeltmek ucun sizce PHP yoxsa ASP.NET C# yaxsidi? (C#-i bilirem) birde ASP.NET-le isleyende hansi bazadan istifade olunur?

Cahangir (2011-03-27 18:59:51)
1.Özunuzə bu sahədə istiqamət müəyyənləşdirin:Veb dizayner və ya veb proqramci. 2. HTTP və Veb,Veb server haqda məlumatlanın. 3.Əgər veb dizayn isə: Adobe Photoshop,Corel drav,Adobe flash 4.Hər iki halda HTML,CSS 5.Veb proqramci isə Javascript,Jquery,PHP (və yadud basqa veb prqoramlaşdırma dilləri).Və yaxsi olardi ki veb serverlər haqda da öyrənəziniz.

nicat_behbudov (2011-03-26 19:38:05)
Duzdur en esas HTML sonra PHP daha sonra css bilmek lazimdir.Lazim olsa menimle elaqe saxla sene daha izahli basha salim email:behbudov@list.ru

Xəyal Quliyev (2011-03-25 20:22:46)
İlk öncə maraqlandığınız sahənin çox gözəl və Azərbaycanda gələcəyi olan bir sahə olduğunu nəzərinizə çatdırmaq istiyirəm. İlk öyrənməli olduğunuz şey HTML və CSS-dir. Yuxarıda yazılanlar düzgündür, amma yeni başlayanı bir qədər qorxuda bilər. Siz HTML və CSS-i öyrənin. İlk 3 ayda hədəfiniz bu iki dil olsun. Sizə uğurlar!

Bahruz Garamammadov (2011-03-25 15:40:35)
İlk öyrənməli olduğunuz şey (x)HTML və CSS-dir. Bunun üçün məsləhtli giriş kitabı "head first html with css & xhtml" Bu kitabı bitirəndən sonra Head First Web Design kitabını oxuya bilərsiz, burda vebsayt haqda nəzəri biliklərdə danışılır, rəng nəzəriyəsi, naviqasiya filan. Daha sonra JavaScript öyrənmək lazımdır. Bura qədər öyrəndikləriniz vebsaytı client tərəfi idi. Yəni istifadəçini gördüyü tərəfi. Bu biliklərlə gözəl ama statik vebsaytlar yarada bilərsiniz, yəni hərdəfə yeni nəsə daxil edilməyəcək saytlar. Bundan sonra server tərəfə keçirsiniz. Server tərəf istifadəçinin görmədiyi hissədir, burda yazılmış kodlar gördüyünüz saytı təşkil edir, şəkilləri yazılar və sair daxil edir. Mən məsləhət görərdim PHP öyrənəsiniz. PHP oxuyacağınız kitabların çoxusu database haqda da yazacaq. Bu iki texnologiya PHP və database sizə veb saytin server tərəfini qurmağa imkan verəcək. Bunları öyrəndikdən sonra bir neçə CMS-lə tanış olacaqsınız, başqa server side dillərin (ASP, ASP.NET C sharp ya VB, Java, Perl və sair) tanıyacaqsınız. İstəsəniz onları da öyrənə bilərsiniz. Flash veb saytlar haqda oxuya bilərsiniz, saytın dizayn tərəfinə yönəlirsinizsə jQuery, veb qrafika üçün photoshop, AJAX və sair də öyrənə bilərsiniz. developer terefe yonelirsinizsə digır server side dilləri də öyrənmək lazımdı. hamsı bir dəfəyə olmur. birincidə başlıyın:):) uğurlar.

TogrulCeferli (2011-03-25 13:44:44)
Əgər siz "saytların yaradılması" deyərkən bloqların yaradılmasını nəzərə tutursunuzsa: Məsləhət görürəm ki, pulsuz bloq yaratmaq imkanı verən saytlardan istifadə edin. Məsələn blogger.com saytında qeydiyyatdan keçin (Google`də hesabınız varsa qeydiyyata ehtiyac yoxdur) və bloqunuz üçün ad, ünvan, dizayn və s. seçin. Bu addımlardan sonra bloqunuz hazırdır. Bloq hazırlamaq sizə bəzi sayt qurmaq üçün lazım olan vərdişlərin formalaşmasında kömək edəcək. Geri Qayıdaq. Əgər siz bloq yox portal açmaq istəyirsinizsə: belə saytalrın qurulması nisbıtən çətindir. Burda sizə Domain, Hosting, Database, Script, PHP, ASP, HTML kimi texnologiyar lazım gələcək. Onların izahını da qısaca verim: Domain - saytınızın adıdır (məsələn, togrul.info) Hosting - saytınıza internetdə yer lazımdır. Bu yerə Hosting deyirlər Database - saytınızın məzmunu burada saxlanılır PHP, ASP - hosting və databasedən istifadə edərək saytın məzmunu bir araya gətirən və sizə başqa əlavə imkanlar verən proqramlaşdırma dillərdir. Script - hazır şəkildə, başqaları tərəfindən hazırlanmış kod yığını. HTML - istifadəçinin ekranında anlaşıqlı bir şey görməsi üçün vacibdir. Sayt qurmaq istəyirsinizsə bu texnologiyaları tanımaqda fayda var Yenə geri qayıdaq. Əgər siz sayt qurmaq deyərkən daha qəliz sistemlər , məsələn hələ heç yerdə oxşarına rast gəlmədiyiniz bir sayt, qurmaq istəyirsinizsə onda bir peşəkara bunu sifariş etməyiniz məsləhətdir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Telefonu televizora qosmaq