Bloqlarda reklam

Salam, Azərbaycanda reklamdan qazanan bloq varmı? Ümumiyyətlə Azərbaycanda saytlardan pul qazanmaq mümkündürmü. Ve sonda Azərbaycanın ən gəlirli saytlarını yazardız zəhmət olmasa. xəbər saytları olmasın

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

baku-hero (2011-08-03 17:16:41)
duzdu

Bahruz Garamammadov (2011-04-01 21:38:31)
səbəb sadədir. azərbaycandakı şirkətlərin əksəriyyəti marketinq və bir də HR nə olduğunu bilmir(məsələn dünən bir iş elanında adam İT menecerdən Linux, Cisco,MCP, MySql, SQL server, hətta 1C tələb edirdi). son araşdırmalar istifadəcinin bannerlərdən bezdiyini göstərir. istifadəçilərin bir hissəsi bannerləri spam kimi qeyri etik dərk edir. cavablar.az-da vveb hosting reklamının yeri var, ama təsəvvür edin burda sokların reklamı gedir. əminlikə deyə bilərəm əksər banner yerləşdirən şirkətlərin conversion rate, click through rate, click-through ratio kimi terminlərdən xəbəri yoxdur. xxx.az-larda banerə reaksiya verən istifadəçilərin sayı çoooox maraqlıdı

Xəyal Quliyev (2011-03-31 20:28:18)
Düzdü, görəsən banklar görmürlər ki, cavablar.net-də elektron alış veriş daha çox maraq dairəsində olan mövzudur? Məsələn Bank Standart hər 50 dollara 1 lotereya kompaniyasını burda reklam etsəydi hədəfə vura bilərdi.

admin (2011-03-31 16:05:49)
Düz deyirsiniz, artıq cüzi formada da olsa, təzahür edir bu tendensiya. Milli reklam verənlər gec-tez başa düşəcəklər ki, gündə 10 000 adam girən xəbər saytında kolbasa tipli bannerlər ardıcıllığının içində banner yerləşdirməkdənsə gündə 200-300 adamın girdiyi, reklam verənin aid olduğu sektorda ixtisaslaşmış sayta reklam vermək qat-qat effektivdir. Bu haqda keçən ay İnfocity jurnalında da maraqllı yazı çıxmışdı.

Xəyal Quliyev (2011-03-31 14:00:01)
Şaiq bəy yuxarıda düz yazdı. Ən çox gəlir qazanan saytlar xəbər saytlarıdır. Amma məncə artıq cavablar.net-in, weboxu.com-un, xaricidil.net, sosium.com-un reklamdan qazanan vaxtlaridir.

Shaig M (2011-03-30 15:14:37)
Azərbaycanda reklamdan müəyyən miqdarda qazanan bloglar var. Ancaq hələ ki, bu təkcə blogçuluqla məşğul olaraq gəlir əldə etməyə kifayət etmir. Səbəbləri isə sadədir. Bizdə blogların hələki oxucu auditoriyası çox böyük deyil, reklamverənlər isə ona görə hələki çox maraq göstərmir. Sizin də qeyd etdiyiniz kimi ən çox gəlirlilər xəbər, qəzet, informasiya agentliklərinin saytlarıdır elə (day.az, 1news.az, lent.az və s.) Bundan əlavə reklamdan gəlir edən saytlar da var. turbo.az, disput.az, citylife.az, avtomobil.az Ümumilikdə isə Azərbaycanda yox, Azərbaycandan ən çox qazanan saytlar Ondoklassniki, Mail.ru və Facebook-dur. Yerli saytlardaki keyfiyyət çatışmamazlığına görə reklamverənlərin ən çox üz tutduqları platformalardı.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

facebook-da səhifə reklamında düzəliş

Rahat və sərfəli reklam saytları?

Facebook-da account problemi

telefonda reklam gəlir

Bloq üçün Hostinq paketi

Facebook üz tanıma blokuna düşüb