.az domenində kömək

Salam. Mənə kömək edin mümkünsə.Burda nə səhvdir.Nəyi düzəltməliyəm? Domein yönlənmir Səbəb: DNS-lərdə domein yazılmayıb Hosternan əlaqə saxlayın DNS- lərdə yazsınlar Və xahiş olunur, bizə bir də qeydiyyat formanı göndərin Nameserver ns1.smiles.az at ip addr 96.9.176.37 is incorrect for smiles.az reason is query failed: NOERROR Nameserver ns2.smiles.az at ip addr 96.9.176.41 is incorrect for smiles.az reason is query failed: NOERROR

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

SPIDER_8584 (2011-04-06 12:49:46)
yaxşi.çox sağ olun.

admin (2011-04-06 12:07:35)
Hostinq ilə əlaqə saxlayın, onlar cpaneldən domeni hostinqde park etsinlər, otuzdursunlar, və bir də onlardan xahiş edin ki ns1 və ns2 ünvanlarını dəqiq olaraq versinlər sizə. Vəssalam siz də göndərin formanı NT-yə, həll etsinlər.

SPIDER_8584 (2011-04-05 23:30:33)
domeni nt şirkətindən almişam.axi onlar heç bir panel verməyiblər.hər dəfə formani göndərirəm cavab gəlir ki dns lərde domen yazilmayib

admin (2011-04-05 18:21:51)
Domen ayarlarına hostinq paneldən yox, domeni aldığınız saytın panelindən daxil olmaq lazımdır. Domeni hardan almısınız?

SPIDER_8584 (2011-04-05 16:25:34)
hostinq az6.biz den alinib. Control panele girende (telle) bele yazilir. qovluqu yaz get / public_html/.. Burdan domen ayarlarina nece daxil olum?

Cahangir (2011-03-31 23:33:55)
Yəqin ki,hostinqi qeydiyyatdan kecirəndə domeni düz daxil etməmisiniz.Hostinqin control panelində domenin aayarlarına nəzər salın.

admin (2011-03-31 19:39:27)
Salam. Köməklik edə bilərik, amma ilk öncə dəqiqləşdirin lütfən: Saytı yerləşdirdiyiniz hostinq şəxsi virtual və ya dedicated serverdir, ya shared hosting? Əgər bu terminlər sizə tanış deyilsə o halda hostinqi hardan almısınızsa, sayt harda yerləşirsə o hostinq saytının ünvanını deyin baxaq.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Domen niyə yönlənmir?

Domainin serverə yönlənməmə səbəbi

Serveri ana domenə birləşdirmək

.AZ domeni

Domen tapmaq

Az domen ilə xarici hostinq