TDO mini plagini

WordPress-de TDO mini form plaginindən istifadə etmək istəyirəm. Amma işləmir. Necə etdim ki o hansısa bir səhifəyə cısın?

Bu problemlə qarşılaşan ilk insan deyiləm. amma vorpdressin özündədə buna həll tapa bilmədim.


Yadda saxlama
Kateqoriya: Wordpress . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

(15:34, 04/04/2011 ) #2172

Çox sadə. Bu formanı görmək istədiyiniz səhifəni edit edərək hər hansı hissəyə bu kodu əlavə edib yaddaşa verin: [tdomf_form1]
Mən yoxladım özümdə, plugin də normal işləyir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:56, 04/04/2011 ) #2174

Vau. Çox sağolun 🙂 İşlədi.
Bəs necə etmək olar ki, hazırlanmış formalar istədiyim səhifədə cıxsın?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (16:07, 04/04/2011 ) #2175

    Dəyməz. 🙂
    Sualı anlamadım tam. Məgər indi istədiyiniz səhifədə çıxmır ki formalar?

    Bir də deyim ki, plugini yükləyib readme.txt faylına baxsaz, orda bütün edilə biləcək şeyləri izah edir.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:32, 04/04/2011 ) #2176

O alındı 🙂
Problem hazır doldurulmuş formların hansı səhifədə görünməyidir. Yəni o məlumatları saytda, başqa səhifədə nümayiş etdirmək lazımdı. Readme-nidə oxudum alınmadı…

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (17:51, 04/04/2011 ) #2177

    Səhifə deyərkən yəqin ki hər hansı məxsusi kateqoriyanın səhifəsini nəzərdə tutursunuz. Bunu həll etməkçün admin paneldən daxil olun TDO mini forms->form options->submissions
    Orada kateqoriyanı istədiyinizə dəyişə, daha sonra məhz bu kateqoriyanın linkini istədiyiniz səhifə kimi saytınızda link edə bilərsiniz. Sualı tam başa düşməmişəmsə, bu həll deyilssə, yazarsız bir az da ətraflı.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:40, 05/04/2011 ) #2186

Çox sağolun!
Kateqoriyanın linkini nədir, nə deməkdir bilmədim.
http://www.saytım.org/wp-admin/edit-tags.php?taxonomy=category – budur? bunu hansısa səhifəyə yerləşdirənsə, normal olaraq link özü cıxır.

Mənə lazımdır ki, hazır doldurulmuş formalar başqa səhifədə cıxsın. Məsələn, Tədbirə gəlmək istəyənlər bu formanı doldurur. O biri səhifədə isə (formanı doldurmuş) iştirakçıların siyahısı görsənir. Hamı ona baxa bilir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (14:16, 07/04/2011 ) #2218

    Formanı doldurmaq, onu bazaya yazılması və onun hər hansı səhifədə çıxarılmasını yuxarıda izah etdim, bu kateqoriya seçib kateqoriyanın linki saytda harasa qoymaqla olur. Kateqoriyanın linki çox sadə bir şey. Hər hansı postu yazırsınız həmin postun hansı bölməyə aid olduğu yazılır link ilə bax o kateqoriyanın linkidir. Məsələn site.com/sherlerim/ilk_sher sherlerim kateqoriya-dır, ilk şer isə post-yazı. site.com/sherlerim isə olur kateqoriyanın linki. İndi siz xüsusi kateqoriya açın məsələn forms adında. Sonra yuxarıda dediyim yerə girib plugini o kateqoriyaya bağlayın. Daha sonra site.com/forms artıq sizə lazım olan ünvan olacaq.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:45, 08/04/2011 ) #2235

Təşəkkürlər, başa düşdüm.
Yəyqin tam istifadəyə başlayanda suallar olsa sizə verəcəm, məmnun qaldım:))

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(00:06, 09/04/2011 ) #2243

Bir sualım daha var: Deməli belə olmalıdır ki, hazır doldurulmuş formalar, baş səhifəyə cıxmamalıdr. Yalnız biz istəyən bir səhifədə olmalıdır. Bunu necə edə bilərik?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (11:30, 12/04/2011 ) #2275

    Konkret başqa səhifədə çıxmasını yuxarıda dedim, hər hansı kateqoriyaya mənimsətməklə. Əsas səhifədəki postlar arasında o formaların çıxmamasını təmin etmək üçün CATEGORY EXCLUDER pluginlərindən istifadə etmək lazımdır. Və yaxud da koda müdaxilə etməyi bacarırsınızsa,burda yazılıb qısa həlli: http://zeo.unic.net.my/exclude-category-in-wordpress/ . Amma koda müdaxilə etmədən belə bu tip http://wordpress.org/extend/plugins/front-page-excluded-categories/ pluginlərin köməyilə həll etmək olar, yetər ki səbrlə səy göstərilə. 🙂

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (19 saat əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (2 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (2 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (14 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23295 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024