TDO mini plagini

Wordpress-de TDO mini form plaginindən istifadə etmək istəyirəm. Amma işləmir. Necə etdim ki o hansısa bir səhifəyə cısın? Bu problemlə qarşılaşan ilk insan deyiləm. amma vorpdressin özündədə buna həll tapa bilmədim.

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

admin (2011-04-12 11:30:59)
Konkret başqa səhifədə çıxmasını yuxarıda dedim, hər hansı kateqoriyaya mənimsətməklə. Əsas səhifədəki postlar arasında o formaların çıxmamasını təmin etmək üçün CATEGORY EXCLUDER pluginlərindən istifadə etmək lazımdır. Və yaxud da koda müdaxilə etməyi bacarırsınızsa,burda yazılıb qısa həlli: http://zeo.unic.net.my/exclude-category-in-wordpress/ . Amma koda müdaxilə etmədən belə bu tip http://wordpress.org/extend/plugins/front-page-excluded-categories/ pluginlərin köməyilə həll etmək olar, yetər ki səbrlə səy göstərilə. :)

Farahim Alili (2011-04-09 00:06:30)
Bir sualım daha var: Deməli belə olmalıdır ki, hazır doldurulmuş formalar, baş səhifəyə cıxmamalıdr. Yalnız biz istəyən bir səhifədə olmalıdır. Bunu necə edə bilərik?

Farahim Alili (2011-04-08 14:45:57)
Təşəkkürlər, başa düşdüm. Yəyqin tam istifadəyə başlayanda suallar olsa sizə verəcəm, məmnun qaldım:))

admin (2011-04-07 14:16:16)
Formanı doldurmaq, onu bazaya yazılması və onun hər hansı səhifədə çıxarılmasını yuxarıda izah etdim, bu kateqoriya seçib kateqoriyanın linki saytda harasa qoymaqla olur. Kateqoriyanın linki çox sadə bir şey. Hər hansı postu yazırsınız həmin postun hansı bölməyə aid olduğu yazılır link ilə bax o kateqoriyanın linkidir. Məsələn site.com/sherlerim/ilk_sher sherlerim kateqoriya-dır, ilk şer isə post-yazı. site.com/sherlerim isə olur kateqoriyanın linki. İndi siz xüsusi kateqoriya açın məsələn forms adında. Sonra yuxarıda dediyim yerə girib plugini o kateqoriyaya bağlayın. Daha sonra site.com/forms artıq sizə lazım olan ünvan olacaq.

Farahim Alili (2011-04-05 18:40:57)
Çox sağolun! Kateqoriyanın linkini nədir, nə deməkdir bilmədim. http://www.saytım.org/wp-admin/edit-tags.php?taxonomy=category - budur? bunu hansısa səhifəyə yerləşdirənsə, normal olaraq link özü cıxır. Mənə lazımdır ki, hazır doldurulmuş formalar başqa səhifədə cıxsın. Məsələn, Tədbirə gəlmək istəyənlər bu formanı doldurur. O biri səhifədə isə (formanı doldurmuş) iştirakçıların siyahısı görsənir. Hamı ona baxa bilir.

admin (2011-04-04 17:51:30)
Səhifə deyərkən yəqin ki hər hansı məxsusi kateqoriyanın səhifəsini nəzərdə tutursunuz. Bunu həll etməkçün admin paneldən daxil olun TDO mini forms->form options->submissions Orada kateqoriyanı istədiyinizə dəyişə, daha sonra məhz bu kateqoriyanın linkini istədiyiniz səhifə kimi saytınızda link edə bilərsiniz. Sualı tam başa düşməmişəmsə, bu həll deyilssə, yazarsız bir az da ətraflı.

Farahim Alili (2011-04-04 17:32:36)
O alındı :) Problem hazır doldurulmuş formların hansı səhifədə görünməyidir. Yəni o məlumatları saytda, başqa səhifədə nümayiş etdirmək lazımdı. Readme-nidə oxudum alınmadı...

admin (2011-04-04 16:07:39)
Dəyməz. :) Sualı anlamadım tam. Məgər indi istədiyiniz səhifədə çıxmır ki formalar? Bir də deyim ki, plugini yükləyib readme.txt faylına baxsaz, orda bütün edilə biləcək şeyləri izah edir.

Farahim Alili (2011-04-04 15:56:40)
Vau. Çox sağolun :) İşlədi. Bəs necə etmək olar ki, hazırlanmış formalar istədiyim səhifədə cıxsın?

admin (2011-04-04 15:34:08)
Çox sadə. Bu formanı görmək istədiyiniz səhifəni edit edərək hər hansı hissəyə bu kodu əlavə edib yaddaşa verin: [tdomf_form1] Mən yoxladım özümdə, plugin də normal işləyir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

WordPress olmayan saytın contentini wordpress-ə köçürmək

Woocommerce Azərbaycan dilində mümkündürmü?

ubuntu 14.04 wordpress tema və plugin yüklənmir [xəta verir]

Kateqoriya səhifələmə və index

Hansı CMS daha uyğun

SEO-nu kontrol edəndə ən çox nəyə diqqət yetirməliyəm?