Malın qaytarılması haqqında.

Qardaşlar mən ebaydan 1 həftə əvvəl sony ericsson C905 aldım 170$. amma telefonun lentinde problem var. bunu ora necə qaytara bilərəm? Təşəkkürlər!!!

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Rovshan Musayev (2011-04-07 16:28:50)
Aldigin adama feedback buraxmisan? Buraxmamisansa hec mali qaytarmadan pulunu geri almaq shansin ola biler. 1-ci bax onun positive feedbacklarine ve ondan ne qeder insanin alis veris etdiyine. Adeten e-baydaki coxdan isleyen ve gostericileri yaxsi olan saticilar negative feedback almaq evezine pulundan kecmaya razidirlar. Cunki negative feedback zamani onlar minlerle alicini itire biler. Hem de ebay ozu de alicilarin huquqlarini qoruyur. Meslehet gorerdim ki 1-ci saticiya ebay-dan oz problemin haqda mektub yazasan ve bu problemi hell etmakda ondan yardim isteyesen.

Bahruz Garamammadov (2011-04-06 13:19:41)
ebay-da malı aldığınız istifadəçini (adam və ya mağaza) tapın, emailini götürün, email yazın problemin olduğunu bildirin. əgər malı geri almağa razılaşsa sizə deyəcək hansı ünvana göndərin.

shandorrado (2011-04-06 12:13:42)
demək istəyirəm ki, bunu göndərmək üçün nə etməliyəm və hara müraciət etməliyəm.

Bahruz Garamammadov (2011-04-05 17:50:10)
eBay auksiondur. onlar özləri bir şey satmırlar. ona görə malı aldığınız ebay istifadəçisinə email yazıb problemi bildirin. elektron alış veriş edərkən qaytarılma şərtlərinə baxmağınız çox vacibdir. bundan əlavə istifadəçi haqda rəylərə də baxmaq vacibdir. baxın siz kimnən almısınız mağazadırsa qaytarma şansınız çoxdur. fərdi şəxsdirsə bir az uzun bəzən də qeyri mümkün məsələdir. həm göndərmə pulunu da siz ödəməli ola bilərsiniz.uğurlar

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ebayda təsadüfi sifariş