Perspektivi olan proqram

Salam.Bəlkə də,bu sualı burda vermək düzgün deyil,amma mən yenə də yoxlayım.Universitetdə oxumadan,yəni diplom olmadan perspektivli bir gələcək üçün hansı proqramları öyrənmək kömək edə bilər? Mən AutoCad və s. eşitmişəm.Bu barədə nəsə kömək edə bilərsiz?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Azizova Sevinc (2011-04-06 14:45:02)
düzdü 1c de tələb olunan proqramdı. Azərbaycanda ən çox təlabat olan 10 peşə içərisində var dizaynerlik. http://www.milli.az/print/news/economy/40931.html-de var Amma yenə də ən əsas insanın öz həvəsindən asılıdır. Necə deyərlər "Yetər ki, istə bacaracaqsan!"

Bahruz Garamammadov (2011-04-06 13:41:18)
dizayn bir neçə proqram bilmək demək deyil. əsas məsələ yaradıcılığınızın olmasıdır. bir az rəssamlıq və sair. yaradıcılıq olmasa hazırlayacağınız hər şey ən yaxşı halda təkrar olacaq. təxminən 3-4 il bundan qabaq xeyli sayda adam photoshop, corel dravv, 3dmax, auto cad və sair kimi proqramları öyrənmək üçün kurslara gedirdi. çoxusunun dizayn, memarlıq, interyer eksterier, fotoqrafiya haqda biliyi yox idi. nəticədə çoxusu işsiz qaldı və öyrəndikləri də yaddan çıxdı. iş elanlarına baxsanız 1C mühasibatlıq proqramına xeyli tələbat var. kurslar normalda mühasibatlığın nəzəriyəsini sonra da 1C proqramını öyrədir. təbii təkcə bununla bazarda rəqabət aparmaq asan deyil. başqa bir şeylər də oxumalısınız. mən dizaydan daha çox bunu məsləhət görürəm. uğurlar.

Azizova Sevinc (2011-04-06 09:49:14)
Məncə də dizayner sahəsi yaxşıdır. Çünki hər bir özəl şirkətin demək olar dizayneri olur. Maaş-da ortadıdır. Dizayener olmaq üçün iki sahə var: 1) qrafik dizayner 2) interyer və eksteryer Qrafik dizayer kimi reklam dizayneri, jurnal dizayneri və s. ola bilərsiniz. Jurnal dizayneri də geniş yayılıb. Onun üçün Adobe Photoshop, Corel Draw, Quarkxpress, Adobe İndesign, Mocrosoft Word bilmək lazımdır. Reklam dizayenerləri ən çox Adobe Photoshop, Corel Draw istifadə edirlər. İnteryer eksteryer dizayner də çox maraqlı və gəlirli sahədi. Bu sahədə ən çox 3d max, AutoCad, ArchiCad istifadə olunur. Bu proqramlar nisbətən çətindir. Yəni bu sahələrdə əsas bacarıqdı məncə diplom elə də tələb olunmur. Amma AutoCad üçün həndəsəni bilmək lazımdır. Heç olmasa az da olsa məsləhət vermək istədim. İnşallah işinizə yarayar.

Kamil (2011-04-06 04:38:29)
Archi Cad

Cahangir (2011-04-05 10:38:31)
Hansı proqramı öyrənməli olduğunuz sizin hansı sahəyə yönəlməyinizdən aslıdır.Əgər mühəndislik və ya inşaat ishləri ilə məşğul olacaqsınızsa onda Autocad lazımdır,Əgər dizayner olmağı düşünürsunuzsə onda Fotoşop(Adobe photoshop),Korel drav (Corel draw) öyrənməyiniz məsləhətdir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

2n3904 nömrəli Tranzistor

Krosnuda turksat1c 42 kanalları

Adf.ly haqqında

Formatlanmış kartdan şekillerin bərpası

Öncə jQuery öyrənməli yoxsa JavaScript?

Iqtisadiyyat tehsili olan Front end developer ola biler?