Minnətdaram çox sağolun cavablar üçün
kompyuter proqramları əməliyyat sisteminin arxitekturasina uyğun olur. məsələn proqram yükləyəndə 64 bitlik sistem üçün nəzərdə tutulmuş versiyasını yükləyirsiniz. 64 bitlik sistemdə həm də 32 bit üçün yazılmış proqramlar da çalışır.
ona görə Program Files qovluğundakı proqramlar 64 bitlik sistem üçün yazılmış proqramlardır , Program Files (x86) qovluğundakılar isə 32 bitlik sistem üçün olan proqramlardır.
64 bitlik sistemlərdə iki ədəd "Program Files" qovluğu olur. Çünki, 64 bitlik ƏS - lərinə həm də 90% 32bitlik proqramları da yazmaq olur. 32 bitlik programlar Program Files(x86) qovluğuna yazılır. 64 bitlik proqramlar isə normal "Program Fİles" qovluğuna.