İki Pavilionun müqayisəsi

Mən notbuk almaq istiyirəm. HP Pavilion 3180 us və 4121. Bu iki marka arasinda qalmişam. Kim hansını məsləhət bilir?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

SaintJ (2011-04-12 00:22:27)
Mən Dell noutbuklarını məsləhət görərdim. Asus da gözəl markadı, ama baha olur.

Ramin Orucov (2011-04-12 00:04:36)
Lenovo notebookları dözümlü olur, biznes notebookları olduğuna görə görünüş və dizayn baxımından kasıbdır, amma performansı əladır.

Ferhad Cebiyev (2011-04-11 15:47:27)
Mən sizə Asus almağı məsləhət görürəm. Xüsusən də N seriasını. Məslən burada baxa bilərsiniz. http://www.computex.ws/?lt=Catalog&idcat=43&idmanuf=5

Bahruz Garamammadov (2011-04-11 14:04:02)
ikinci HP laptopumu işlədirəm, hər ikisinin ən zəhləm gedən cəhəti səsi və qızmasıdır. zaryadka da çox saxlamır. son laptopumun icmalında 7 saat zaryadkadan danışırdı HP ama vvifi qoşulmada 2 saatdan çox saxlamır.digər problemim olmuyub. 3cü laptop alanda 100 faiz HP almıyacam:)

admin (2011-04-11 11:02:51)
Mütləq HP almaqmı istəyirsiniz? Maraqlıdır niyə? Şəxsən mən HP məsləhət görməzdim. Driver məsələlərində bir az axsama var, bir də ki ən ümdə problemi batareya ilə bağlıdır(soba kimi qızır, az saxlayır, tez sıradan çıxır, bəzən dolu ola ola boş göstərmə kimi "bug"-lar yarana bilər və.s.) Əgər digər marka da almaq istəsəniz yəqin məsləhət verən çox olar.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

notebook Hp restart

HP notbukda səs itir köməyiniz lazımdır

Notebook marka seçimi, hp ya asus?

Notbuk haqqında fikirləriniz

HP probook batareyası

komputer öz özünə sönür