Paypal-da pul qəbulu

Salam Paypaldan qeydiyyatdan keçdim və plastik kartın nömrəsini istədilər mən o bölməni boş qoydum. Akkountum açıldı. Və balansda 0.00$ göstərilir. Mənə paypaldan pul göndərilir amma balansım hələdə 0.00$ dır. Başa düşə bilmirəm bu nə üçün belədir. İnternetdən axtardım ki bəzi ölkələrə paypal pulu vermir.Amma oxuduğum məlumatların tarixi 2009 cu illərdir deyənə hələdə inamım qalıb ki bəlkə verdilər. Hə birdə Alertpay necə ordan pulu çıxartmaq olur ya yox?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

admin (2011-04-11 14:59:21)
Buyurun. Alertpay ilə təcrübəm yoxdur, burada bir sayt var bəlkə kömək ola: http://cavablar.net/2011/01/04/alertpaydan-paypala-pul-kocurulm%c9%99si/#comment-1241

emilsq06 (2011-04-11 14:56:53)
Çox sağolun cavaba görə inşəllah vaxt gələr göndərərlər. Bəs Alertpay necə göndərir?

admin (2011-04-11 14:08:00)
Salam. Xeyr Azərbaycan banklarına Paypal pul göndərmir, siz ordakı pulunuzu yalnız xaricdəki tanışların köməyilə nəqdləşdirə bilərsiniz. Sizə Paypal-da pul göndəriblərsə bu gəlməyibsə çox güman ki göndərişdə problem olub. Çünki mən bu barədə araşdırmışdım bir neçə yerdə, yazırdılar ki heç bir problem olmamalı qəbulda, bank kartını hesaba bağlamasaz belə. Amma müəyyən problemlər olur məbləğ çox olanda, çünki gec-tez mütləq paypal bank akkountunuzu təsdiq etdirmənizi tələb edəcək. Odur ki ilk başdan kartınızı paypala bağlayın ki, prosesdə heç bir problem olmasın. İstər qəbulda istər göndərişdə. Sadəcə olaraq yeganə çatışmazlıq pulu nəqdləşdirmə ilə bağlı olacaq ki, bunu da xarici ölkə vasitəsilə etmək lazımdır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Paypalla telefon almaq

Paypalda səhv

Paypalda düz qeydiyyatdan keçmişəm?

Ebayda ardıcıl bir neçə refund almaq neqativ haldırmı?

PayPal-da hesab

Ebay və Paypal