WordPress dilini dəyişmək

Salamlar. Öncəliklə bu cür faydalı sayt yaratdığınız üçün təşəkkür edirəm. Keçim sualıma; Wordpress sistemində (hostinqdə) türkcə sayt qurmuşam. Bu saytın dilini Azərbaycan dilinə necə dəyişə bilərəm?

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

WalKing (2014-06-15 03:43:24)
Siz gosterdiyiniz kimi az.mo faylini languages qovluquna yukledim ve wp-confing.php de define('wplang', 'az'); yazdim ama hecne deyiwmedi? nece edim?

WalKing (2014-06-15 02:35:50)
Salam E.Haci!. Azerbaycan dili paketi az.mo farmatindadir, onu arxivden hec cura cixarmaq olmur, xaiş edirem .zip farmatinda olan linki yazardizda?

Elvin Hacı (2012-02-05 01:13:43)
Çox sadə, yoxdursa, yaradın o folderi. Əvvəl lazım olmayıb deyə yaranmayıb avtomatik.

FarizIbiyev (2012-02-05 01:07:14)
Salam Bağışlayın ama Word press son vesiyasinda (languages ) papkası yoxdur Bəs belə halda necə düzəltmək olar. [IMG]http://xmages.net/storage/10/1/0/6/c/upload/e4fd6665.png[/IMG]

Seaman (2012-02-04 10:10:45)
Təşəkkür edirəm!

Elvin Hacı (2012-02-03 17:57:51)
wp-config saytın əsas folderində yerləşir. file managerdə açılan kimi ilk görünən folder

Seaman (2012-02-03 17:44:50)
Göstərdiyiniz wp-config.php faylı harada yerləşir? Onu necə redaktə edək?

Hasperon (2011-04-11 18:36:28)
Təşəkkürlər qardaş. Düzəldi, Allah işinizi avand eləsin.

admin (2011-04-11 17:12:12)
Salam. Siz bunun üçün Azərbaycan dil paketini yükləyib (http://db.tt/wEFPCA66) wp-content/languages papkasına atın. Daha sonra wp-config.php faylı redaktə edərək define (‘wplang’, ‘az’); əlavə edin. Vəssalam.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

WordPress buddypres

WordPress saytın mysql optimizasiyası

wordpress’də saytın özünə görə açar sözcükləri hardan add edə bilərəm?

widget’də səhifələmə kodu

WordPress temasına yeni “image upload” servisinin qurulması

Telefon usb