WordPress Front Page Excluded Categories

Salam. Front Page Excluded Categories pluginində, $cats_to_excluded sözünün yerinə öz kateqoriyamın adını yazdım. Sonra plagini aktiv etmək üçün Plugins bölməsini acdım və plagini aktiv edə bilmirəm. Aktive düyməsini basanda aşağıdakı sözlər yazılır. Parse error: syntax error, unexpected '=' in /home1/addimnet/public_html/musbet/wp-content/plugins/front-page-excluded-categories/front_page_excluded_cats.php on line 14 Mən isə bu code cəngəlliyində 14-cü sıra hansı olduğunu bilmədim. Kod yığınını sizə göndərə bilərəm.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Farahim Alili (2011-04-13 00:13:51)
yaba-daba-duu! Alındı! Təşəkkürlər. İndi əsas saytında yoxlayacam.

admin (2011-04-12 22:52:27)
$cats_to_excluded söz deyil, plugində həlledici rola malik dəyişəndir, onu silmək əlbəttə ki səhvə gətirəcək. Başlanğıc halda səhv etmirəmsə $cats_to_excluded='1,2' yazılıb. Onu nümunə kimi veriblər ki 1 və 2 saylı kateqoriyalar əsas səhifədən çıxdaş olsunlar. Siz formaların aid olduğu kateqoriyanın İD nömrəsini öyrənin. (Categories bölməsinə girməklə kateqoriyanın üstünə mouse-u gətirin İD orda görünəcək url-də) Məsələn tutaq ki, İD 35-dir o halda, plugində $cats_to_excluded='35'; yazın. PHP ilə zarafat olmaz, özbaşına hətta bir nöqtəni belə silmək olmaz, nəinki bütöv dəyişəni :)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

vordpress xüsusi təsvir

Hansi CMS

WordPress video plugin

WordPressdə məhsulların qiymətini necə dəyişə bilərəm?

WordPress də istifadəçinin qeydiyyat və xəbər göndərmək problemi

WordPresslə saytı Bloggerə köçürmək