c#-a aid

Demək mənə private və public aydındı. bəs internal, protected internal protected nə vaxt istifadə olunur? zəhmət olmasa nümunələrlə izah edə bilən olar?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Azizova Sevinc (2011-04-19 15:20:34)
sağ olun. praktikada cox istifadə etmedyimdən elə də başa düşmürdüm. ama MSDN her yerde köməyimizə gelir elə sizdə Ramin muellim

Ramin Orucov (2011-04-19 14:58:53)
MSDN-də bunlar misallarla izah edilib. http://msdn.microsoft.com/en-us/library/ba0a1yw2%28v=VS.100%29.aspx

Ramin Orucov (2011-04-19 14:41:59)
1.private üzvlər ancaq eyni sinif daxilində istifadə oluna bilər. 2.protected üzvlər ancaq eyni sinif daxilində və o sinifdən törənmiş alt siniflərdə istifadə oluna bilər. 3.internal üzvlər ancaq eyni assembly(modul, paket) daxilində istifadə oluna bilər. 4.protected internal üzvlər protected və internal qarışığıdır, bu o deməkdir ki, eyni sinif daxilində, o sinifdən törənmiş alt siniflərdə və eyni assembly(modul, paket) daxilində istifadə oluna bilər. Javada buna default access level deyilir. 5.public üzvlər isə hər yerdə istifadə oluna bilər.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

C# ilə Əbob əkob tapan proqram

c++ da button,checkbox və select

C-də argc, argv

C++ da sadə ədədlər proqramında mənim səhvim haradadır?

Desktop Proqramlaşdırma Java ya C#

C# dərslikləri