adiniz@sizindomain.com tipli e-mail yaratmaq

Salam, Mən domenimdə yuxarıda qeyd etdiyim kimi adiniz@sizindomain.com tipli e-mail yaratmaq istəyirəm. Bunu necə edə bilərəm. Mümkünsə bildiyiniz bütün alternativ variantları təklif edin. Əvvəlcədən təşəkkürlər, Natiq.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Natigg (2011-05-04 18:40:50)
Ok, çox sağ olun köməyə görə.

kiber (2011-04-30 22:06:30)
Mümkünsə bu FAQ-ı http://goo.gl/4Q02o oxuyun və tətbiq edin. Əgər hər hansı anlaşılmamazlıq olsa soruşun. Çalışaram kömək edim.

Natigg (2011-04-30 18:08:27)
Dediyinizi etmişdim, dediyiniz 3-4 məlumat hansı məlumatdır ? Qeyd edə bilərsiz, zəhmət deyilsə ?

kiber (2011-04-29 22:56:03)
Google apps görünür çətin olacaq. Orda təsdiq etmək lazım idi, domen sizə məxsusdur. Bununçün google kod verir, onu qeydiyyat etdiyiniz saytın idarə etmə panelində qeyd etməlisiz. Daha sonra 3-4 məlumat var ki onları da yazmalı idiniz. Yəni hər şey aydın şəkildə mərhələlərlə göstərilirdi. Siz ən yaxşısı cPanelin imkanlarından yararlanın. domeni cpanelə əlavə edin. Sonra həmin domenə uyğun mail ünvanlarını yaradın və cpaneldə olan mail klientlərdən birindən istifadə edin!

Natigg (2011-04-29 19:24:26)
Google Apps-dan istifadə edirdim. Mənə məktub gəlirdi, amma mən məktub göndərəndə çatmırdı. Problem nədə ola bilər ? Hansı daha məsləhətlidir Google Apps yoxsa cPaneldən yaradılan ?

Bahruz Garamammadov (2011-04-29 15:14:57)
bunun üçün domain və veb serverde hostunuz olmalidir. əgər varsa sadəcə cPaneldən (əksər serverlərdə bundan istifadə olur idarə paneli kimi) email hesablarının idarəsi bölümünə daxil olun və email heasbı yaradın. istədiyinizad@sizindmain.com(məsələn). emailə gələn məktubları yoxlamaq üçün ya hər hansı email client-dən istifadə edirsiniz( thunderbird və ms outlook). hosting paketinizdən asılı olaraq istədiyiniz sayda email yarada bilərsiniz.

kiber (2011-04-29 13:10:00)
http://www.google.com/apps/ imkanlarından istifadə edə bilərsiz. Mən öz domenim üçün mail xidmətini googla həvalə etmişəm ;)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

DNS, DHCP, DOMAIN, VMWARE mövzuları barədə məsləhət.

Domen seçimi

VPS`lə domeni necə birləşdirmək lazımdır?

Ən yaxşı hosting və domen

Veb saytın hazırlanması

Domen tapmaq