Unknown filesystem

Salam.Mən bir müddət Ubuntu 10.10 yükləmişdim,amma istifadə etmədiyim üçün həmin partitionu sildim(disk manager vasitəsilə).Lakin komputeri yenidən qoşanda error:unknown filesystem grub rescue yazılır.Nə edə bilərəm?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Bahruz Garamammadov (2011-05-01 09:23:09)
Linux yükləyəndə bootloader avtomaik olaraq Linux-un Grub-u olur. Linux-a məxsus partition silinəndə də yenə həmin bootloader işləyir, yə Linux olmasa da o qalır ona görə boot edəndə həmin səhvi verir. Bunu həll etmək üçün yenidən Windows-un bootloaderini, MBR-i yükləmək lazımdır. Deməli Windows-un diskini qoyursunuz cdrom-a, restart verirsiniz. Normal VVindovvs yükləmə səhifəsi açılır, Tarixi, Dili, klaviatura-ini seçirsiniz, sonra next. İkinci səhifədə Repair your computer seçirsiniz. açılan npvbəti səhifədə Command prompt-u seçin. açılan Command promptda (qara kiçik ekrandı) bootrec.exe /fixmbr və Enteri basın, sonra bootrec.exe /fixboot və enter sonra bootrec.exe /rebuildbcd və enter komandalarını daxil edin problem həll olunmuş olmalıdı. ama Vindovsun diski lazımdı bu üsulda.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

php haqqında möcüzəvi sual

HTTP Error 500

Ubuntuda local server

Xəbərdarlıq mesajı

Wondershare v.editor tez-tez cavab vermir

Ubuntu 11.10-da neçə proqramı autostart-a əlavə eliyim?