XP-dən 7-yə keçən zaman RAM

Bir çox oyunların sistem tələblərində Windows 7-yə lazım olan RAM XP-yə lazım olan RAM-dan iki dəfə çox olur, məsələn,XP-də 1 GB lazımdısa, 7-də bu 2 GB olur. Əgər mən XPdən Windows 7-yə keçsəm, onda indi oynadığım bəzi oyunları oynaya bilməyəcəm? Belə desək,sistem oyunlara qarşı RAM baxımından iki dəfə zəifləmiş olacaq yoxsa yox?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

shirvanshah (2011-05-22 20:03:13)
Bəzi proqramlar var ki, onlar lazımsız arxa plandakı proqramları və s. bağlayırlar və sürət biraz da artır. Bu sizə oyun oynayarkən daha çox lazım ola bilər. Belə proqramlardan biri: Game Booster

admin (2011-05-05 11:09:41)
Windows7 müasir ƏS olduğundan XP-dən xeyli çox RAM "yeyir" təbii olaraq. Məhz ona görə də oyunlarda minimal tələb kimi artıq RAM yazılır, yoxsa ki oyun hər ikisində eyni ağırlıqlı oyundur. Bəli əgər sizin kompun RAM-ı həmin oyunun Win7 üçün göstərilən zəruri RAM-ından azdırsa, o halda problemlə qarşılaşacaqsınız. Ya oyun donacaq, ya da Explorer.exe not responding olacaq tez-tez.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Windows7 Word 2010 üçün dil

opera və chrome ilə eyni oyuna girə bilmirəm

En güclü RAM-a sahib olan telefon?

Windows 7 Update

Android oyun data və obb faylı

İP adresi dəyişmək