sag olun cox maraqli melumat oldu menim üçün
DNS barədə aşağıdakıları deyə bilərəm.
Şəbəkədə hər bir kompüterlə əlaqə yaratmaq üçün tələb olunan
ən vacib məlumat bu kompüterin ünvanıdır.
Bu ünvan hər biri 0-255 arasında olmaqla 4 ədədin ardıcıl birləşməsi
kimi verilir, bir-birindən nöqtə ilə ayrılmaqla.
Misal üçün 67.78.245.34 , ...v.s.
Əgər şəbəkəyə qoşulmusunuzsa siz öz kompüterinizin ünvanını örgənə bilərsiniz.
terminal -> ifconfig
Linux
start -> run -> cmd -> ipconfig
Windows
Bu ünvana kompüterin İP ünvanı deyirlər (ay-pi address).
Ancaq kompüterdən fərqli olaraq rəqəmlərlə işləmək insanlar üçün çox natahatdır . Ona görə kopüterlərin şəbəkədəki rəqəmlə ifadə olunan İP
ünvanların söz ilə ifadə olunan qarşılığından istifadə edirlər.
Bunun üçün şəbəkədə xüsusi kompüter ayrılır və burada şəbəkədə olan
bütün digər kompüterlərin ip ünvanları və onları söz qarşılığı yerləşdirilir.
Bu kompüterə DNS server deyirlər.
Əlaqə aşağıdakı kimi baş verir. Biz şəbəkədəki kompüterin adını (sözlə ifadə olunan ünvanın) yazırıq. Kompüterimiz dns serverdən onun İP-sin örgənir
və daha sonra onunla əlaqə qurur. Bu sözlə ifadə olunan ada DNS ad deyirlər.
Misal üçün
74.125.43.103 - google.com
72.30.2.43 - yahoo.com
245.247.47.78 - cavablar.net
v.s.
Əgər web brovser proqramının ünvan pəncərəsinə yuxarıdakı
DNS adlar əvəzinə onların müvafiq İP ünvanların yazsanız onda uyğun
sayta daxil olarsınız.
DNS - Domain Name System.
Turkce olsada DNS haqda melumat almag mumkundur bu linkden. http://www.belgeler.org/howto/djbdns-kurulumu-nasil_dns.html