Google AdSense və Azərbaycan dili

Google AdSense Azərbaycandilli saytları dəstəkləmir? Mən AdSense reklamı götürmək istədim, amma artıq neçənci cəhddir ki, dəstəkləmədiyni görürəm, amma bir çox saytların, məsələn Azercellin, Apple Store(Azərbaycan)un google adsense ilə reklamlarını görmüşəm Azərbaycan dilində. Mənə maraqlıdı Azərbaycandilli sayt üçün necə google reklamı götürə bilərəm?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

AbbaszadehNurlan (2012-05-11 16:40:55)
Google Adsense ilə pul qazanmaq üçün, yaxşı olardı internetdə bir pulsuz blog açıb sonra ingilis dilnidə YALNIZ VƏ YALNIZ bir kategoriyaya aid blog açaraq sonra qeydiyyat keçəsiniz. Google Adsense taktikaları ilə bağlı daha çox məlumat istəyirsinizsə saytımdan oxuya bilərsiniz. Xətalar və edilməməsi gərəkən xətalar barədə yazmışam. http://abbaszadehnurlan.info Adsense ilə bağlı daha çox yazılarım olacaq blogumda.

Sahil Aliyev (2012-03-29 21:59:53)
google cox menasiz isler gorur , adwords reklam qebul edirsense Azerbaycandan onda adsenseye de icaze vermelisen de

ziya askerov (2011-12-06 03:38:21)
Salam Araz meqaleni oxudum ama bir suali var.Ve wordpressden bir sayt tapdim qeydiyyatdan kecirdim orada google reklamlari yox idi.Bes o saytin sahibi men olmadigim aylar ve ya iller sonra bilinse google terefinden bes onda nece olacak ? Hemin blogun sahibi ozu google reklamlardan istifade etmek istese nece olacak ? google ona demeyecek ki bu sayt artik qeydiyyatdan kecib ? Neyahetinden hemin blogun gercek sahibi bu isin ustune dusse ne olacak bes /

shirvanshah (2011-05-22 20:00:50)
Google Adsense vasitəsi ilə Azərbaycan dilindəki mətnlərlə pul qazanmaq mümkün deyil, demək olar ki. Üstəlik yaxalandığınız anda adsense sisteminə giriş bağlanılacaq. Ancaq ingilis, rus, türk dillərində yaxşı biliyiniz varsa, tərcümələr edərək maraqlı yeniliklərlə bloqlar ən azından yarada bilərsiniz. Ziyarətçilər çoxaldıqdan sonra, gələn gəlir də artacaq yavaş yavaş. Ən çox gəlir gətirən reklam sahələri, otel, iş, sağlamlıq, siğorta və s. sahələrdir. Bloqun mətninin bunlardan birində olmasını məsləhət görərdim daha çox qazanc üçün.

Araz Qululu (2011-05-20 00:53:35)
http://weboxu.com/blog/google/1060.html buyurun bu barede bu linkden boyuk ve maraqli bir meqale yazmisam.her bir yollarini.oxuyun xeyri eminemki deyecek size

admin (2011-05-09 22:12:37)
Salam, reklamı götürən Google Adwords, reklamı yayımlayan isə Google Adsense sistemidir. Hər ikisi ayrı ayrı qaydalara şərtlərə malikdir, ayrı servislərdir. Adwords-un qaydaları sadədir, məlum, pulu verənə çox da ağır şərt qoymaq olmaz. Adsense-də isə qaydalar sərtdir, çünki orada pulu Google verir, ona görə də ancaq ona maraqlı olan saytlarda yayımlanmasını istəyir. Aznet kifayət qədər böyümədiyi üçün Adsense hələ də bu bazarda maraqlı deyil.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Google adsense çeki ləğv edib bankla almaq

Reklam harda tutarli olur?

Azərbaycan dilində olan sayta Adsens Reklamları əlavə etmək

Google Adsense TBM zəifdi

facebook-da səhifə reklamında düzəliş

Sayt və reklam