PhpTriad Windows 7 üçün 64 bitlik nece yüklemek olar?

PHPTriad proqramını Windows 7 üçün 64 bitlik yüklemek istəyirəm. Amma tapa bilmirəm. Bilən varsa, bu barədə mənə kömək eləsin. Təşəkkür.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Cavid_q (2011-06-15 10:29:49)
Təşəkkürlər

admin (2011-05-27 23:06:40)
Buna ehtiyac yoxdur. Sadəcə PHP server install edin, redaktor kimi Notepad++ yükləyin, sadə və rahatdır. Məsələn Vertrigo serveri yükləyib install edirsiniz. Ondan sonra ekrana düşən start serversə klik edirsiniz, server işə düşür. Ondan sonra istənilən php faylı atırsınız C:/program file/vertrigo/www/faylin_adi.php ünvanına. Vəssalam artıq brauzerinizdə http://127.0.0.1/faylin_adi.php yazdıqda sizin o fayl işləmiş olacaq. Digər PHP serverlərlə də vəziyyət çox oxşardır. Yəni unutmayın, faylı hansısa papkada açırsınız, daha sonra ona klik etməklə o işləməz, faylı ancaq brauzerdən URL ilə çağırmaq lazım. PHP-nin quruluş məntiqi bunu tələb edir. PHP windows application deyil ki üstünə klik etdikdə işləsin.

Cavid (2011-05-27 16:48:39)
Notepaddə php kodlar yazıram, məsələn: index.php kimi soxranit edirəm. amma istədiyim kimi açmır. PHPtriadı məsləhət gördülər.

admin (2011-05-27 09:35:40)
PHPTriad proqramı sizə nəyə görə lazımdır ki?