FTP-də fayl yükləmə problemi

Salam. FileZilla proqramı ilə saytın hostingindən faylları download edirəm və faylların bir hissəsi yüklənəndən sonra avtomatik olaraq FileZilla mənim serverdən ayrıldığımı deyir və yenidən qoşulmaq üçün çalışır, çalışır və çalışır. Bu əməliyyatlardan sonra həmin kompüterdən heç həmin sayta browserdə də baxa bilmirəm, açmır. Başqa bir yerdən həmin saytı aça bilirəm və yenidən ftp-dən faylları kompüterimə transfer etmək istəyəndə yuxarıdakı problemlə rastlaşıram. Təxmini olaraq ağlıma gəlir ki bu hosting şirkətinin transfer məsələsində limiti ilə bağlıdır. Bu mövzuda fikirlərinizi öyrənmək çox xoş olardı. Əvvəlcədən təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Raiq Aliyev (2011-06-02 20:18:30)
Cavablara və kömək etmək istəyinə görə təşəkkür edirəm. Mən problemi FTP ilə deyil Cpanel vasitəsilə həll etdim. Cpaneldən Full Backup edib faylları yüklədim.

Capitol (2011-05-31 15:02:14)
FileZilla proqramını ümumiyyətlə istifadə etməyi məsləhət görmürəm, WinSCP ən yaxşısıdır. Amma burada problem holtinglikdi yəginki.

admin (2011-05-31 11:14:30)
Bəli, ola bilər ki hostinq məhdudiyyətidir, çünki normalda belə hal olmamalıdır. Siz support-a yazın ən yaxşısı, nəticəsi ilə bizi də tanış edərsiniz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Hosting və domein almaq

Hosting Domen satışı saytı necə yaratmaq olar?

Hostinq barədə

Hostingdə error

WordPress ilə elan saytı qurmaq

Serverde yeni domain