Saytın facebook ünvanına keçməsi

Bir çox saytlarda onların Facebook səhifəsinə keçid var.Bunu necə etmək olar? Bu haqda bilmək istərdim. Bilənlər bu haqda mənə kömək etsin. Təşəkkür.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Bahruz Garamammadov (2011-05-31 15:11:54)
FMBL səhv getdi FBML:)

Bahruz Garamammadov (2011-05-31 15:10:19)
plugini seçəndə ölçülərini özünüz verirsiniz. https://developers.facebook.com/docs/reference/plugins/like-box/ məncə sizə lazım olan bu plugindir. en-uzunluğunun ölçüsünü verin shovv stream-in qarşısındakı quşu da yığışdırın. Adminin yuxarida dediyi kimi linkdən də istifadə edə bilərsiniz. İstədiyiniz şəkili feysbuk logoso ya nəsə başqa şəkil link tag-inin ortasına atın linki də admin yuxarida qoyduğu kimi qoyun, istifadəçi klik edəndə fb səhifəsinə ötürüləcək. fb SƏHİFƏSİNDƏ bir az dizayn işi görsəniz FMBL vasitəsi ilə qəşəng bir nəticə çixar. mən bu üsulu xoşlayıram.

Cavid_q (2011-05-31 11:44:36)
Cavablar.net saytında olan facebook pluginindən istifadə etmək istərdim. Dediyiniz saytdan tam olaraq hansi bölmeden yükləmək olar? Şəkillə olar? Amma kiçik olsun. Birini şəkillə yüklədim, amma çox böyük oldu.

Bahruz Garamammadov (2011-05-31 10:29:47)
Bunun üçün hazır plug-in-lər var onlardan istifadə etməlisiniz. Bu linkə baxın lazım olan, bəyəndiyiniz plug-ini seçin: https://developers.facebook.com/docs/plugins/ istifadəsi rahatdı

Cavid_q (2011-05-31 10:22:20)
Necə edim ki, Facebook-un şəkli də görsənsin?

admin (2011-05-31 10:09:43)
Sual bir az aydın olmadı nəsə. Əgər söhbət saytın facebook səhifəsinə olan sadə link keçiddən gedirsə, o halda sadəcə [code]http://facebook.com/sehifenin_unvani[/code] kimi bir şey yazırsınız, vəssalam.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

facebook-da yenilənmələr görünmür

Facebook-da qoşulduğum səhifələrdən Уведомления gəlmir

Micro card haqda məsləhətlər

facebook profilim ogurlanib

Bu saytı hansı CMS-də yığa bilərəm?

Facebook səhifə açmaq