Azərbaycanda internet reklamının mövcud durumunu necə dəyərləndirirsiniz?

Salam. Sizsə, Azərbaycanda normal reklam piroqlarına sahib olmaq üçün websaytlar əsas hansı kriteriyalara sahib olmalıdır?Məsələn, 468×60 pix. reklam banerini aylıq 500 manata rahatlıqla sata bilmək üçün həmin saytın gündəlik minimum nə qədər istifadəçisi olmalıdır? Ümumiyyətlə web reklamçılıqda Azərbaycanda vəziyyət necədir?Ölkəmizdə Ən bahalı reklamlar hansı saytlardadır? Baner qiymətləri əsasən necə tənzimlənir? Müzakirədə iştirak edən bütün dostlara öncədən təşəkkürlər!


Yadda saxlama
Kateqoriya: Elektron alış-veriş, Web Developement . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

(04:29, 01/06/2011 ) #2669

Pulu demək olar ancaq banerlərdən qazanırlar. ən populyarları informasiya agentliklərinin saytlarıdır. Məsələn lent.az-a baxın başdan başa baner zibilxanasıdır. digərləri də onun kimi. Azərbaycanda çox az şirkətdə normal marketinq departamenti və marketin profesionalları olduğuna görə internet marketinq-i də yalnız banerlərdən ibarət olduğunu fikirləşirlər. problem biznesin dərk edilməsindədir. kiçik və orta bizneslər reklama pul ayırmaq istəmir. İnvestorlar azdır. Bundan əlavə camahatın internet və kompyuterlə təminatı da yaxşı vəziyətdə deyil. Yarıdan az bir hissənin internetə çıxışı var, onlar da əsasən sosial şəbəkə, çat, əyləncə saytlarına müraciət edir. Alıcıların təhsil səviyəsi, gəlirləri yaş qrupu hamısı marketinqdə əsas amildir. Azərbaycan əhalisi üçün keçərli tək marketinq strategiyasi qiymət endirimləridir.(şəxsi fikrimdir) Az miqdarda adam digər reklam kriteriyalarına baxıb almaq qərarı verir.
Söhbət Azərbaycandan gedirsə sizin dediyiniz kimi marketinq piroquna sahib olmaq üçün istifadəçi sayı yetərli. İstifadəçi çoxdursa, sayt haqda viral(ağızdan ağıza) marketinq gedirsə baner qoymaq istiyənlər çoxalır və qiymət qalxır. Xaricdə belə deyil. Hər şirkət satdığı məhsulun hədəfinə, alıcı seqmentinə uyğun sayt seçir. Məsələn İT məhsulları satan şirkət xaricdə heç vaxt lent.az-da elan qoymaz, ancaq cavablar.net-də qoyar. Çünki burdakıların əksəriyyəti bu məhsullara daha maraqlıdır. Xüsusi hallarda lent.az-da da qoya bilər ama gərək böyük şirkət olsun, marketinq büdcəsi yaxşı olsun. İnternet marketinq, sosial marketinq ayrıca bölmələrdir. Onları banerlə çərçivələmək düzgün deyil. Eyni zamanda banerlərə istifadəçi meyli düşür, xarici ölkərdə baneri istifadəçilər spam mail-lər kimi dəyərləndiri. John VVanamaker-in məşhur sözü var ” “I know half of my advertising is wasted, I just don’t know which half.” Əminliklə deyə bilərəm bizdəki şirkətlərin baner reklamına ayırdığı pulun 80-90 faizi vvaste olur bir işə yaramır və onların heç vecinə dəyil.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(09:14, 01/06/2011 ) #2670

Bu mövzuda bu yaxında Webrazzi.com-da maraqlı yazı olmuşdu, onu da oxuya bilərsiniz.

http://www.webrazzi.com/2011/05/25/azerbaycan-internet-pazari/

http://www.webrazzi.com/2011/05/30/azerbaycan-eticaret-online-odeme-oyun-reklam/

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - Xif mn kodu (7 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (26 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (33 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (38 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (47 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (51 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (53 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (53 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (55 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (61 gün əvvəl)

E. Hacı cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (61 gün əvvəl)

Software Developer cavab verdi - Patreon , Ko-fi , Buy Me A Coffee , Kickstarter kimi saytlardan gələn pula görə vergi tutulur? (61 gün əvvəl)

E. Hacı cavab verdi - Riyazi proqramlar üçün proqram (62 gün əvvəl)

Software Developer cavab verdi - Kursda xaricdə təhsil imkanı nece yaranır? (62 gün əvvəl)

darkpixel cavab verdi - Patreon , Ko-fi , Buy Me A Coffee , Kickstarter kimi saytlardan gələn pula görə vergi tutulur? (62 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23287 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024