Azərbaycanda internet reklamının mövcud durumunu necə dəyərləndirirsiniz?

Salam. Sizsə, Azərbaycanda normal reklam piroqlarına sahib olmaq üçün websaytlar əsas hansı kriteriyalara sahib olmalıdır?Məsələn, 468x60 pix. reklam banerini aylıq 500 manata rahatlıqla sata bilmək üçün həmin saytın gündəlik minimum nə qədər istifadəçisi olmalıdır? Ümumiyyətlə web reklamçılıqda Azərbaycanda vəziyyət necədir?Ölkəmizdə Ən bahalı reklamlar hansı saytlardadır? Baner qiymətləri əsasən necə tənzimlənir? Müzakirədə iştirak edən bütün dostlara öncədən təşəkkürlər!

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

admin (2011-06-01 09:14:18)
Bu mövzuda bu yaxında Webrazzi.com-da maraqlı yazı olmuşdu, onu da oxuya bilərsiniz. http://www.webrazzi.com/2011/05/25/azerbaycan-internet-pazari/ http://www.webrazzi.com/2011/05/30/azerbaycan-eticaret-online-odeme-oyun-reklam/

Bahruz Garamammadov (2011-06-01 04:29:33)
Pulu demək olar ancaq banerlərdən qazanırlar. ən populyarları informasiya agentliklərinin saytlarıdır. Məsələn lent.az-a baxın başdan başa baner zibilxanasıdır. digərləri də onun kimi. Azərbaycanda çox az şirkətdə normal marketinq departamenti və marketin profesionalları olduğuna görə internet marketinq-i də yalnız banerlərdən ibarət olduğunu fikirləşirlər. problem biznesin dərk edilməsindədir. kiçik və orta bizneslər reklama pul ayırmaq istəmir. İnvestorlar azdır. Bundan əlavə camahatın internet və kompyuterlə təminatı da yaxşı vəziyətdə deyil. Yarıdan az bir hissənin internetə çıxışı var, onlar da əsasən sosial şəbəkə, çat, əyləncə saytlarına müraciət edir. Alıcıların təhsil səviyəsi, gəlirləri yaş qrupu hamısı marketinqdə əsas amildir. Azərbaycan əhalisi üçün keçərli tək marketinq strategiyasi qiymət endirimləridir.(şəxsi fikrimdir) Az miqdarda adam digər reklam kriteriyalarına baxıb almaq qərarı verir. Söhbət Azərbaycandan gedirsə sizin dediyiniz kimi marketinq piroquna sahib olmaq üçün istifadəçi sayı yetərli. İstifadəçi çoxdursa, sayt haqda viral(ağızdan ağıza) marketinq gedirsə baner qoymaq istiyənlər çoxalır və qiymət qalxır. Xaricdə belə deyil. Hər şirkət satdığı məhsulun hədəfinə, alıcı seqmentinə uyğun sayt seçir. Məsələn İT məhsulları satan şirkət xaricdə heç vaxt lent.az-da elan qoymaz, ancaq cavablar.net-də qoyar. Çünki burdakıların əksəriyyəti bu məhsullara daha maraqlıdır. Xüsusi hallarda lent.az-da da qoya bilər ama gərək böyük şirkət olsun, marketinq büdcəsi yaxşı olsun. İnternet marketinq, sosial marketinq ayrıca bölmələrdir. Onları banerlə çərçivələmək düzgün deyil. Eyni zamanda banerlərə istifadəçi meyli düşür, xarici ölkərdə baneri istifadəçilər spam mail-lər kimi dəyərləndiri. John VVanamaker-in məşhur sözü var " "I know half of my advertising is wasted, I just don't know which half." Əminliklə deyə bilərəm bizdəki şirkətlərin baner reklamına ayırdığı pulun 80-90 faizi vvaste olur bir işə yaramır və onların heç vecinə dəyil.