Web browserlərin sürəti

Bunlardan hansi daha sürətlidir. Opera, İnternet explorer , Chrome , Mozilla Firefox

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

Abdullayev (2012-03-05 20:56:36)
Əyər Windows işlədirsizsə Internet Explorer həm vacibdir həmdə yaxşı. Wap saytlara girirsizsə Opera lazımdır. Amma hərdən Firefox yada Chrome kompüterə yükləməli oluram

Ilkin Alibeyli (2011-09-12 12:59:33)
Təcrübəli istifadəçilər bir səslə deyər ki - ən tez işləyən Google Chrome dir (həm kompyuterə naqruzka az verir başqa browserlərə baxanda, həm də JavaScript -i hamıdan tez oxuyub ifa edir). Amma ən keyfiyyətli işləyən Mozilla Firefox-dur ( çoxlu məlumatı özündə saxlayanda başlayır tormozlamaqa və axırda sizin kompyuterinizin RAM-ını pis günə qoyacaq :-) ) Opera - bütöv dünyadan ancaq Azərbaycanda ən məşhur olan browserdir, çünki turbo funksiyası var və onun sayəsində bizim azsürəti olan İnternet istifadəçilərimizin ürəylərinə yatıb =).

baku-hero (2011-08-03 17:21:27)
ay qardaslar bunlarin heresinin oz yeri var opera-wapa girmek ucun super-mozilla cox funksiyali-google chorme suretli en yersiz internet explorerdir amma 9 cu versiya yaxsidir

hnatiq (2011-06-12 11:17:21)
Mən Operaya üstünlük verirəm, İnternet Explorer isə deyərdim ki Microsoft-un yaralı yeridir, normal düzəldə bilmirlər :))))))))))0

Cavid_q (2011-06-02 09:31:41)
Məncə də Opera daha maraqlıdı. Sadədir və maraqlıdı.

Sevinc Azizova (2011-06-01 17:00:49)
Məncə də Chrome, Firefox, Opera-a. Ama funkisiyalarına görə Opera daha yaxşıdır məncə

Cahangir (2011-06-01 15:03:44)
Javascipt kodlarının emalına görə: 1. Chrome 2. Opera 3. Firefox 4. Internet explorer

admin (2011-06-01 13:49:35)
O toolbar dediyiniz Operada da var, Opera Widgets adı ilə, sadəcə Firefox-dakı kimi zəngin deyil, çox az populyardır. Ümumiyyətlə bu köməkçi proqramlar mahiyyətcə eynidir, amma hər brauzerdə ayrı adı var. İnternet Explorer - Toolbar Mozilla Firefox - Add-on Google Chrome - Extension Opera - Widget

Cavid_q (2011-06-01 09:56:04)
Mən həmişə Operadan istifadə edirəm. Amma Mozillanın funksiyaları çoxdur. Toolbar baximindan. Operada Toolbardan istifadə etmək olmur. Həm də, Mozillanin ayrıca istənilən videonu( Youtobedən də) yükləmə xidməti var.

admin (2011-06-01 09:52:57)
Ən sürətli deyərkən yəqin ki siz web informasiya axınının emal sürətini nəzərdə tutursunuz. Bunu ona görə deyirəm ki, bəzən səhv bir düşüncə də olur ki, guya internet brauzerlərdə internetin öz sürəti də fərqli olur. Amma əslində təbii ki, bunların əlaqəsi yoxdur, emal sürətində ciddi fərq olduqda bir brauzer saytı tez açır, o biri də gec. Qaldı sürətlərə, ən sürətlidən ən zəifə düzüm belədir: Chrome, Firefox, Opera, İnternet Explorer. Bu hər bir brazuerin ən populyar variantına görə belədir. Amma məsələn İnternet Explorerin ancaq Windows Vista və 7-də işləyən son versiyası müəyyən qədər sürətlidir. Amma yenə də Chrome-dan geri qalır. Brauzer sürətlərini test etmək olur bəzi saytlarda. Birini deyim yoxlayın bütün brauzerlərinizi: http://html5test.com