Twitterin artıq Azərbaycan dilində versiyası var. Twitterin saytına daxil olub, oradan oxumaq olar. Heç bir çətinlik yoxdur. Amma, əyləncə məqsədilə ora girirsinizsə, fikirləşirəm elə də maraqlı deyil.
Salam. Bir link verim:
http://weboxu.com/blog/aztwi/
Bu twitterin milli seqmentinə aid saytın bloqudur və müntəzəm faydalı məlumatlar verir.
Nədən başlamalı sualına cavab kimi konkret deyim: http://twitter.com/aztwi ünvanına keçin, @aztwi-ni follow edin, daha sonra aztwi-nin follow etdiklərinin siyahısına girib minlərlə azərbaycanlı üzvlərdən diqqət çəkənləri follow edin. Və 1-2 gün müşahidə edin onların yazdıqlarını. Daha sonra əminəm ki sizdə artıq fikir formalaşacağından ki burda nədən danışılır, ondan sonra sizin də yazmağa sözünüz olacaq. Vəssalam.