eBay-dan televizor sifarişi

Salam.Mənə konkret bu televizor (Samsung UN46D7000 46″ / 1080p/ 240Hz/ 3D LED-LCD HDTV) Bakıya kimi təxmini olaraq neçəyə başa gələcək.Bir də auksion sərfəlidir yoxsa hazır mal almaq. Kredit kart paypaldan qeydiyyat var.Ümumiyyətlə ebay-dan televizor almaq sərfəlidir?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Bayram (2012-03-26 23:35:52)
Salam men masin almaq isteyirem amma qiymeti meni suphelendirir.Ceska 1200 dollara var ustelik 2007 model.Bu nece olur???

admin (2011-06-20 15:15:22)
Rövşənlə razıyam. O ölçüdə mal sərf eləməz. Ancaq gərək tanış kimsə ala karqo ilə filan göndərə xaricdən, onda sərf edər. Belə adi poçtla yol pulu çox baha olacaq, üstəgəl gömrükdə 36% qiymətin üstünə rüsum gələcək, hələ bir gömrükdə bir neçə gün saxladıqlarına görə saxlama haqqı istəyəcəklər, bir sözlə dəhşət :)

Rovshan Musayev (2011-06-20 15:04:49)
Mən inanmıram sərfəli olsun, ümumiyyətlə e-bay-dan böyük mal almaq sərfəli deyil, çünki böyük malın gəlmək xərci də böyük olur, üstəlik qarantiya zad məslələri var, yolda mala nəsə olmaq söhbəti var, ola bilər ki heç o televizoru ümumiyyətlə Azərbaycan göndərməsinlər və bizim poçtun gömrüyü də qiyməti 200$-dan yuxarı olduğu üçün elavə rüsum alacaq özü də az deyil bu rüsum. Rüsum əvəzi rüsvət də istəyə bilərlər. Yəni gələn mal burda olduğundan xeyli baha oturacaq üstünə.